Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Firuzə İbadova: “Fitvaya uyub plastik əməliyyata getdi” - Video

Əməkdar artist Firuzə İbadova illər əvvəl keçirdiyi plastik əməliyyat zamanı cərrah masasında dünyasını dəyişən müğənni Reyhan Müslümovadan söz açıb...

Poliqon bizim.media-ya istinadən bildirir ki, sənətçi "O üz" verilişinə müsahibəsində mərhum həmkarının şəxsi keyfiyyətlərindən danışıb.

İbadova bildirib ki, mərhum həmkarı başqalarının fitvasına uyaraq plastik əməliyyata gedib.

"Qastrola gedəndə evimiz üçün darıxırdım. Reyhan gəlirdi otururdu yanımda və bir söz deyərək o dəqiqə adamın ürəyini alırdı. Əvvəllər saçım çox buruq idi. Saçlarımı açırdı və müxtəlif saç düzümləri edirdi. Reyhan Müslümova gələndə mütləq şadlıq, sevinmək olurdu. Onun çox gözəl əl qabiliyyəti vardı. Yeməkləri gözəl bişirirdi.

Qastrola gedəndə qazanımız, "tok peçi"miz vardı. Hara getsək, yeməyi Reyhan bişirirdi. O nə qədər güclü olsa da, deyirdi ki, gedib əməliyyat etdirməliyəm. O, iradəsizlik etdi. Loru dillə desək Reyhan fitvaya getdi".

Sənətçinin sözlərinə görə, müğənni Xəyyam Nisanovun sənətə gəlməyində mərhum Reyhan Müslümovanın çox böyük rolu olub:

"Reyhan Müslümova əslən Qubalı idi və yəhudi dilini çox gözəl bilirdi. O zamanlar Reyhan xanım müğənni Xəyyam Nisanovun evinə gedirdi. Onlarla sıx əlaqələri vardı. Xəyyamın müğənni olmasında Reyhanın çox böyük rolu oldu. Xəyyama dəstək oldu".

F.İbadova bildirib ki, R.Müslümova bir çox insanlara dəstək olsa da, lakin onlar onun yas mərasiminə gəlməyiblər:

"Görəndə ki, evin ortasında tabutda Reyhan uzanıb, bilmədim nə deyim. Güclə məni sakitləşdirdilər. O, dünyasını dəyişəndə çox insan onun yas mərasiminə gəlmədi. Amma gəlmək lazım idi. Çünki Reyhan o gəlməyən insanlara çox yaxşılıqlar etmişdi. Onlara dəstək olmuşdu. O etibarsızlığa çox üzüldüm".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay