Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-İran dövlət komissiyalarının iclası... - Bakı-Tehran münasibətləri normallaşır?

İran Astarasında Azərbaycan-İran İqtisadi Əməkdaşlıq dövlət komissiyasının iclası keçirilib...

Politoloq: “İran-Azərbaycan siyasi əlaqələrində böhran həmişə məhz Tehran rejiminin qeyri-konstruktiv və paniranist siyasətindən ortaya çıxır”.

İran məcbur qalıb əlaqələri bərpa etməyə çalışır. Çünki baş verənlər İranın öz əleyhinə işlədi”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Azərbaycan-İran İqtisadi Əməkdaşlıq dövlət komissiyasının iclasının keçirilməsini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən İran Astarasında Azərbaycan-İran İqtisadi Əməkdaşlıq dövlət komissiyasının iclası keçirilib. Yaşanan bu məlum gərginliklərdən və İran xarici işlər nazirinin Bakıya səfərindən sonra baş tutan bu iclas iki ölkə arasında münasibətlərin normallaşmasından xəbər verirmi?

İran-Azərbaycan münasibətlərinin indiki mərhələsini Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Tehrana etibar etmək olmaz. Tehran yenidən düşmən siyasətini biruzə verə bilər”.

İran rejimi ticari və iqtisadi əlaqələri önə çəkərək əldə olunmuş iqtisadi layihələrin həyata keçirilməsi üçün addımların atılmasını irəli sürdüyünü nəzərə çatdıran politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Astarada keçirilən görüşdə bu məsələlər müzakirə edilib:

İran-Azərbaycan siyasi əlaqələrində böhran həmişə məhz Tehran rejiminin qeyri-konstruktiv və paniranist siyasətindən ortaya çıxıb. Azərbaycana qarşı düşmən siyasəti əsasən ölkəmizin ərazi bütövlüyünü təmin etməsindən sonra açıq müstəviyə keçdi. İki il davam edən bu böhran Tehran tərəfindən idarə edilir və Azərbaycan bu təhdidlər qarşısında geri çevrilmədi.

Nəticədə İran geri addım atdı. Bu Azərbaycanın İran üzərində siyasi qələbəsidir. İran məcbur qalıb əlaqələri bərpa etməyə çalışır. Çünki baş verənlər İranın öz əleyhinə işlədi. Tehran rejimi hesab edirdi ki, Azərbaycan geri addım atacaq. Amma, bu baş vermədi.

İran rejimi ticari və iqtisadi əlaqələri önə çəkərək əldə olunmuş iqtisadi layihələrin həyata keçirilməsi üçün addımlar atılmasını irəli sürdü. Astarada keçirilən görüşdə bu məsələlər müzakirə edilib. İqtisadi əlaqələr inkişaf edəcək. Bu İran- Azərbaycan əlaqələrinin normallaşması deməkdir. Amma, gərginlik ötməyib. Tehrana etibar etmək olmaz. Tehran yenidən düşmən siyasətini biruzə verə bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Ən çox oxunanalar