Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TƏBİB it dişləyən uşağın valideynlərinin narazılığına münasibət bildirib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) it dişləyən uşağın valideynlərinin narazılığına münasibət bildirib.

Poliqon.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan video ilə bağlı qurumdan qeyd edilib ki, Balakən qeydiyyatında olan, Sumqayıtda məskunlaşan 2016-cı il təvəllüdlü Mirqafarov Tunar Kənan oğlu ailə üzvləri ilə birlikdə 8 iyul 2023-cü il tarixində ağır vəziyyətdə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına daxil olub.

"Ailə üzvlərinin sözlərinə görə, onu it dişləyib. Baş, qol və kürək nahiyələrindən xəsarətlər alan Tunar Mirqafarova ilkin tibbi yardım göstərilib, cərrahi əməliyyatlar həyata keçirilib.

Eyni zamanda, ona quduzluq əleyhinə immunoqlobulin və sxemə uyğun antrabik vaksini vurulub. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti stabildir", - məlumatda deyilir.

Poliqon.info 


Etiket: TƏBİB


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

DTX-nın hərbi qulluqçularının maaşlarının məbləğlərində dəyişiklik edilib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Xalq artisti Bəsti Cəfərova: 19 yaşında gözəl idim, sevirdiniz, yaşlanmışam deyə atmalısınız? 

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

Kamran Əliyev prokurorluq əməkdaşlarını təltif edib

Ən çox oxunanalar