Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əməkdar mədəniyyət işçisinin Yevlaxdakı “ailə ansamblı”...

Eldəniz Mustafayev heç bir təhsili olmayan qohumlarını Yevlax şəhər Mədəniyyət Mərkəzində müxtəlif vəzifələrə təyin edib...

Yəqin ki, oxucularımız məşhur “Bəxtiyar” filmindəki Ağabala orazını yaxşı xatırlayırlar. Azərbaycan kinosunun qızıl fondunda yer alan filmin süjeti isə hazırda Yevlax şəhər Mədəniyyət Mərkəzində təkrarlanır.

MilliYol-a daxil olan məlumatda bildirilir ki, Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev yaxın qohumlarını Mədəniyyət Mərkəzində müxtəlif vəzifələrdə yerləşdirib. Qeyd edək ki, bu barədə sosial şəbəkələrdə də məlumat yayılıb.

Qeyd edilir ki, 67 yaşlı Eldəniz Mustafayev vəzifə səlahiyyətlərindən sui istifadə etməklə tabeliyində olan mədəniyyət müəssisələrinə bütün ailə üzvlərini yerləşdirib. Maraqlıdır ki, Eldəniz Mustafayevin müxtəlif mədəniyyət qurumlarında çalışan ailə üzvlərinin heç birinin ali təhsili yoxdur. Siyahını təqdim edirik:

1. Heç bir təhsili olmayan bacısı Mədəniyyət mərkəzinin bədii rəhbəri vəzifəsində çalışır;

2. Oğurluq və narkotikə görə iki dəfə həbsdə olan, diplomu olmayan orta təhsilli oğlu Teymur Mustafayev klub müdiridir;

3. Diplomu olmayan orta təhsilli gəlini Salatın Mustafayeva isə Yevlax şəhər Mədəniyyət Mərkəzin bədii hissə müdiri və aktrisa olaraq çalışır;

4. Elədniz Mustafayevin digər bacısı isə Mədəniyyət Mərkəzində xadimə işləyir;

5. Bakıda əyani oxuyan qızı Aynur Mustafayevanı Yevlax Mədəniyyət Mərkəzinin tabeçiliyində olan mərkəzin Diyarşünaslıq Kulubunun 6 nömrəli filalında 3 il müdir vəzifəsində çalışıb. 30.01.2023-cü il tarixdə cinayət məsuliyyəti yaradan bu əməlin üstü açılandan sonra isə öz öz xahişi ilə işdən azad olunmaq üçün ərizə verib və bu ərizəyə əsasən Eldəniz Mustafayev qızını işdən azad edib və əməllərini gizləməyə çalışıb. İşlədiyi üç il müddətində dövlətdən qanunsuz aldığı 15 min manata yaxın məbləği isə büdcəyə qaytarmayıb.

Bundan başqa məlumatda qeyd edilir ki, Eldəniz Mustafayev orta təhsili belə olmayan Zöhrə Adıgözəlovanı Yevlax Yaradıcılıq evinin direktoru təyin edib və bu azmış kimi, Zöhrə Adıgözəlova həmçinin Mədəniyyət Mərkəzinin idarəetmə sistemində əsas fiqur olaraq tanınır.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - Polad Həşimovun xanımı

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

Aslan İsmayılov: "İş adamlarına edilən haqsızlıqlara son qoyulmalıdır"

Bu tarixdə hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə enəcək - Xəbərdarlıq

Rusiya XİN: ABŞ-nin iqlim mövzusundan Azərbaycana təzyiq göstərmək üçün istifadə etmək cəhdləri faydasızdır

İsrail MN: İrana hücumumuz ölümcül, son dərəcə dəqiq və gözlənilməz olacaq

“Neftçi” legioner futbolçusu ilə yollarını ayırıb

Bakıda Malayziyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilir

Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib

Ən çox oxunanalar