Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 12-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.

Görüş zamanı 2023-cü ilin hər iki ölkə üçün xüsusilə əlamətdar olduğu bildirilərək, cari ildə həm Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının, həm də Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinin qeyd olunduğu vurğulanıb.

Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

İki ölkə arasında əlaqələrin dövlət başçılarının səyləri nəticəsində strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı qeyd olunub.

İkitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolu yüksək qiymətləndirilib, Milli MəclisTürkiyə Böyük Millət Məclisi arasında həm ikitərəfli, həm də beynəlxalq müstəvidə qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğu vurğulanıb.

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin ticarət-iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, humanitar, turizm və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Poliqon.info 


Etiket: Əli Əsədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar