Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropanın qorxuları və Tramp narahatlığı....

İlk müddətində olduğundan daha qəzəbli, daha mütəşəkkil və daha az təmkinli olan “məhdudiyyətsiz Tramp”ın qayıdışı Ukrayna üçün fəlakət ola bilər...

Poliqon xəbər verir ki, bu barədə The Economist nəşrinin məqləsində bildirilir. Qəzet yazır ki, Tramp ilk prezidentlik dövründə NATO-dan çıxmaq barədə xəbərdarlığını reallaşdıra bilər.

Nəşr qeyd edir ki, Co Baydenin dövründə Amerika Ukraynaya hərbi yardımın əsas hissəini öz üzərinə götürüb və bu sahədə kollektiv Qərbə öncüllük edir. Ukrayna müharibəsi Amerikanın təmin etdiyi müdafiə sisteminin dəyərini göstərir, lakin Trampın populizmi bu müdafiənin nə qədər tez itirilə biləcəyini sübut edə bilər.

The Economist yazır ki, hazırkı çağırışlar fonunda Avropanın üç əsas qorxusu var: Rusiya təhlükəsi, Çin qarşısında iqtisadi zəiflik və Amerikanın onu tərk etməsi...

Bu qorxuları aradan qaldırmaq üçün Fransa prezidenti Emmanuel Makron müdafiə və iqtisadi məsələlərdə Avropanın “strateji muxtariyyətini” yaratmağa çağırış edir. Bununla belə, Avropa hazırda kollektiv fəaliyyətdən məhrumdur və daxili parçalanmalardan və inamsızlıqdan əziyyət çəkir.

Nəşr vurğulayır ki, NATO müttəfiqləri özlərini müdafiə edə bilsələr də, onların hamısı ABŞ-ın hərbi dəstəyindən çox asılıdırlar. ABŞ NATO-dan çıxsa və ya öhdəliklərini azaldarqsa, Avropa çətinliklərlə üzləşəcək. Bundan əlavə, Avropada müdafiə xərcləri parçalanmış şəkildədir və koordinasiya olunmur. Bu xərclərin böyük hissəsi milli sənayelərin inkişafına yönəldilib. Həmçinin Avropa ölkələrində güclü liderlik yoxdur və xüsusilə hərbi məsələlərdə çoxmillətli qərarlar qəbul etməkdəAİ ölkələri çətinlik çəkirlər.

The Economist qeyd edir ki, Avropa ABŞ-ın dəstəyinə daha az güvənəcəksə, nüvə silahı təhlükəsinin qarşısının alınması məsələsinə də yenidən baxılmalıdır. İqtisadi cəbhədə Aİ Rusiya neft və qazından asılılığı azaltmaq üçün səylərin birləşdirilməsində irəliləyiş əldə edib. Eyni zamanda Aİ Amerika ilə iqtisadi əlaqələri gücləndirmək və mühüm mineral ehtiyatların tədarükünü diversifikasiya etmək üçün də səylər göstərir.

Nəşr yazır ki, Avropada “strateji muxtariyyət”lə bağlı da fikir ayrılıqları var: bir tərəf Vaşinqtonla əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır, digəri isə rəqabət aparan geosiyasi qütb yaratmağa çalışır.

Bütün bu çağırışların fonunda isə Avropanı parçalamağa qadir olan Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi Avropa liderlərinin narahatlığına səbəb olur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi - Yenilənib

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

Ən çox oxunanalar