Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaur Elza məsələsində Laləyə söz atdı

Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinin üzv seçilməsi ətrafındakı qalmaqal günlərdir davam edir.

Poliqon.info Axşam.az-a istinadən bildirir ki, hətta bundan sonra yazar Mürvət Qədimoğlu Həkəri qurumdan istefa edib. Elza qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda bu məsələ müzakirə edilib.

Aparıcı Zaur Baxşəliyev şairlə Elza arasında "Təsir dairəsi" verilişində yaşananlara söz atıb. O, "Maraqlıdır ki, Elza xanım, siz Bəstəkarlar İttifaqlarının üzv seçiləndə heç kim danışmadı, amma Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv seçiləndə hamı danışdı" sözlərini deyib.

Seyidcahanın "Şairləri yaşadan biz bəstəkarlarıq. Bir bilsəniz nə qədər şairlər məni görəndə kitablarını xahiş, minnətlə verirlər ki, oxuyun. O həmin şairlərdir ki, efirdən məni tənqid edirlər" sözlərinə Zaur "Sən xəstələri də sağaltdın, xəbərin var (Mürvət Qədimoğlunu nəzərdə tutur. Şair bir müddət əvvəl avtoqəza keçirib və hazırda  səhhətində problemlər var - red.)" reaksiyasını verib. 

Elza isə "Ürəyim ağrıdı o xəstəyə ki, onu verilişə elə geyimdə çıxartmışdılar. Heç olmasa o kişini də şair paltarında çıxarardılar. Yataq geyimində efirə çıxardıblar ki, Elzaya bu sözləri denən" cavabını verib.

Qeyd edək ki, Mürvət Qədimoğlu "Təsir dairəsi" verilişinin canlı efirinə videozəng edərək "Elza xanım siz gözəl müğənni və bəstəkar ola bilərsiniz amma yaxşı şairlərin qapısının kəndarında dayana bilmərsiniz. Siz, onları təhqir edirsiniz" sözlərini deyib. 

Poliqon.info 


Etiket: Zaur Lalə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

“Raykomdan deyirdilər ki, Qazax tərəfə getməyin, ermənilər əli silahlı yolda hazır durublar” - Qərbi Azərbaycan Xronikası

Ən çox oxunanalar