Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Albaniya Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olublar - Foto

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay və birinci xanım Armanda Beqay iyulun 7-də Heydər Əliyev Mərkəzində olublar...

Mərkəzin direktoru Anar Ələkbərov Albaniya Prezidenti Bayram Beqaya dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verib.

Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr, həmçinin Azərbaycan tarixinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə təbliğinə xidmət edir.

Albaniya Prezidenti Bayram Beqay Mərkəzdə 1969-cu ildən 2003-cü ilədək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərlə tanış olub.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Albaniya Respublikasının Prezidenti Bayram Beqayda böyük maraq doğurub.

Qonaqlar “Azərbaycan inciləri” sərgisi ilə tanış olublar. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı eksponatlar nümayiş etdirilir. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

Prezident Bayram Beqay və birinci xanım Armanda Beqay "Kukla incəsənətdə” sərgisinə baxıblar. Diqqətə çatdırılıb ki, ekspozisiyada nümayiş etdirilən sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivallarının qalib olub.

Qonaqlar “Azərbaycan xalçası - ilmələrin rəqsi” adlı kolleksiya ilə də tanış olublar. Bayram Beqay və Armanda Beqay Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi”ni ziyarət ediblər. Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov diqqətə çatdırıb ki, sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir.

Ali qonaq Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.

Sonda qonağa xatirə hədiyyəsi təqdim edilib.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Ən çox oxunanalar