Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gecə saat 4-ə qədər həyətdə qalmışıq" - Məşhurlar zəlzələdən danışdı

Şou-biznesin tanınmış simaları ötən gecə baş vermiş zəlzələdən danışıb. 

Poliqon.info xəbər verir ki, news24.az-a açıqlama verən məşhurlardan kimisi zəlzələni hiss etmədiyini desə də, bəziləri gecəni küçədə keçirib: 

Xalq artisti Röya Ayxanın mətbuat katibi Elvin Elxan deyib ki, sənətçi zəlzələni hiss etməyib.

Müğənni Elnarə Xəlilova isə bildirib ki, zəlzələni hiss etməyənlərdəndir: "Biz öz evimizdə deyilik. Goradildə tətildəyik. Heç nə hiss eləməmişik. Bircə təzyiqim qalxmışdı,ürəyim bulanırdı". 

Müğənni Murad Arif deyib ki, zəlzələ zamanı Bakıda olmayıb: "Mən Şəmkirdəyəm, Bakıda deyiləm. Ailəm zəlzələni hiss etməyib. O qədər oxudum ki, çalxala-çalxala zəlzələ oldu, çalxalandıq. Kaş hər yer zəlzələdən deyil, musiqidən çalxalansın". 

Türkiyədə yaşanan güclü zəlzələdən qorxduğu üçün Bakıya glən aktrisa Cəmilə Tağızadə bildirib ki, həyət evində yaşadığı üçün xüsusi qorxu keçirməyib: "Zəlzələdən qorxuram. Türkiyədə güclü zəlzələ olanda günlərlə yatmadıq. Orda qorxduğum üçün övladımı götürüb Bakıya gəldim. Hazırda həyət evində yaşayırıq. Xüsusi qorxum olmasa da, hər ana kimi övladım üçün narahat oluram". 

Müğənni Şəbnəm Tovuzlu isə bildirib ki, zəlzələni hiss etməyən tanınmışlardandır: "Evə yorğun gəlmişdim. Zəlzələni hiss etməmişəm. Biz yatmışdıq. Sonradan bildik ki, zəlzələ olub. Evdən çıxmadıq".

İnsanların daha çox küçələrə axışdığı Yeni Yasamalda yaşayan aparıcı Fira Cəlilova bildirib ki, azərbaycanlılarda həyəcan yaradan Türkiyədə yaşanan zəlzələdir: "İnsanları qınaya bilmirəm, hər kəs küçələrə axışmışdı. Türkiyədə yaşanan zəlzələ insanlarımızı qorxudur. Kimisi başmaqsız düşmüşdü, kimisi çamadanını götürmüşdü. Qorxusundan ağlayan yaşlı qadınlar vardı. Mənə pis təsir etdi. İnsanlar bir-birinə kömək edirdi, qorxanlara dəstək olurdular. Gecə saat 4-ə qədər həyətdə qalmışıq. Hələ də insanlar həyətdə gözləyir". 

Poliqon.info 


Etiket: Zəlzələ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diasporumuzun iki əhəmiyyətli siması arasında böyük dava

Sevmədiyi adamların əti ilə qidalanan, Rusiyanın ən yaşlı qatili Sofiya Jukova

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi qaydası dəyişdi

Bəzi rənglərdə olan maşınları alan yoxdur: Ən çox satılanlar hansılardır?

Üç bürcün həyatında xoş dəyişikliklər olacaq    

Qabil Hüseynli: Gürcüstan dəyişməlidir və dəyişəcək...

Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Ekspert: Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var - Yenilənib

Ən çox oxunanalar