Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yevlax İcra Hakimiyyətində dövlət vəsaitlərini kimlər necə silir?

Rüşvət və korrupsiyanın at oynatdığı iddia edilən rayonlardan biri də Yevlax rayonudur...

Azərbaycanda dövlət büdcəsindən maliyyələşən qurumlarda korrupsiyaya qarşı başladılan mübarizə davam etməkdədir. Üç il əvvəl hüquq mühafizə orqanlarının rayon İcra Hakimiyyətlərində, müxtəlif nazirlik və digər təşkilatlarda keçirdikləri xüsusi əməliyyatlar cəmiyyət tərəfindən də məmnunluqla qarşılandı.

Hüquq mühafizə orqanlarının tv-lərdə və mətbuatda verdikləri məlumatlarda əməliyyat keçirilən icra hakimiyyətlərində və digər rəsmi qurumlarda dövlət vəsaitlərinin müxtəlif yollarla hansı formada mənimsənilməsi açıq-aydın göstərilirdi.

Həmin məlumatlarda rayon icra hakimiyyəti başçılarının bilavasitə rəhbərliyi ilə rayonlarda inşa edilən obyektlərdən rüşvət yığılması, rayonun abadlaşdırılması üçün ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi xüsusi yer tuturdu.

AzFakt.com xəbər verir ki, bəzi icra hakimiyyətilər hələ də “köhnə qayda” ilə işləyirlər.

Məlumata görə rüşvət və korrupsiyanın at oynatdığı iddia edilən rayonlardan biri də Yevlax rayonudur.

Belə ki, Yevlax rayonunun mərkəzi küçələrinin yenilənməsi, şəhərin abadlaşdırılması və köhnə binaların restavrasiya məqsədilə büdcədən ayrılan vəsaitlərin rayon icra hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən mənimsənildiyi iddia edilir.

Məlumata görə Yevlax rayon İcra Hakimiyyətinin və Yevlax rayon İcra Hakimiyyətinin başçısının Yevlax şəhər nümayəndəliyin, eləcə də Yevlax şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin keçirdikləri tenderlərdə vəsaitlər mənimsənilir. Tenderlərdə aparılan bu əməliyyatlara isə Başçının müavini Şəhər təsərrüfatı şöbəsinin müdiri İlqar Hüseynovun nəzarət etdiyi iddia edilir.

İlqar Hüseynovun Yevlax rayon İcra Hakimiyyəti başçsının hazırda vakant olan digər müavinlərinin də səlahiyyətlərini mənimsədiyi iddialar arasında yer alır.

Onu da qeyd edək ki, İlqar Hüseynovun Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinin rəisi Rafail Mehralıyevin yaxın qohumu olduğu, bu vəzifəyə də onun vasitəsilə gətirildiyi deyilir.

Xatırladaq ki, Prezident İlham Əliyev cənabları ŞəmkirCəlilabad rayon İcra Hakimiyyətlərinin başçılarını qəbul edərkən vəzifəli şəxslərin yaxın ətraflarının, qohum-əqrabalarının adlarına şirkətlər açaraq büdcə pullarıın mənimsəmələrini vurğulamışdı.

Qeyd edək ki, Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevdir.

O, bu vəzifəyə 2019-cu ilin oktyabr ayının 31-də təyin edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Erməniləri narahat edən və qorxudan xəritə - Foto

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Ən çox oxunanalar