Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronda 4 nəfərə xəsarət yetirilməsi ilə bağlı 1 nəfər saxlanılıb

İyulun 3-ü, saat 10 radələrində Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələri ərazisində 4 nəfər şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub...

Bu barədə Poliqon-a Baş Prokurorluqdan bildirilib.

Araşdırma zamanı 1974-cü il təvəllüdlü Sərxan Həşimovun aralarında yaranmış mübahisə zamanı Digah qəsəbəsi ərazisində əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Haşımova və əmisi qızı Xəyalə Kərimovaya, Mehdiabad qəsəbəsi ərazisində isə Ələsgər Hüseynova balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Zümrüd Haşımova aldığı xəsarətlərdən bu gün saat 16 radələrində müalicə aldığı xəstəxanada ölüb. Digər şəxslərin vəziyyəti ağır olmaqla müalicələri xəstəxanada davam etdirilir.

Sərxan Həşimov faktla bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 120.1 və 29, 120.2.7-ci maddələrilə (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə cəhd) şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir. Nəticəsi barədə əlavə məlumat veriləcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Erməniləri narahat edən və qorxudan xəritə - Foto

Ermənistan XİN: “Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır”    

Ən çox oxunanalar