Cümə axşamı, 30 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 4 günlük iş həftəsi tətbiq edilə bilərmi?

Neçə vaxtdır ki, 4 günlük iş rejiminə keçidlə bağlı müzakirələr aparılır...

Sosioloq: “4 günlük iş həftəsi Azərbaycanda tətbiq oluna biməz və olunmayacaq”.

“Yalnız dövlət orqanlarında 5 günlük iş həftəsinə riayət olunur ki, o da hamısında yox. Məsələn “Azəriqaz”, “Azərsu”, “Azərişıq” və sair bu kimi dövlət orqanlarında işləyənlərin bir çoxu şənbə bazar günü də işlədilir, özü də az maaşa”.

Bu sözləri sosioloq Elçin Bayramlı ölkədə 4 günlük iş rejiminə keçidlə bağlı aparılan müzakirələri Poliqon-a şərh edərkən qeyd edib.

Neçə vaxtdır ki, 4 günlük iş rejiminə keçidlə bağlı müzakirələr aparılır, dünya praktikasından misallar çəkilir. İqtisadiyyat nazirinin müavini Elnur Əliyev isə “İnsan Resursları Zirvəsi 2023” tədbirində panel çıxışı zamanı deyib ki: “Bəzi ölkələr 4 günlük iş rejiminə keçib. 4 günlük iş rejiminin tətbiqinin iki istiqaməti var. Səslənilən və real niyyət fərqli ola bilər”.

Bildiyimiz kimi bu yaxınlarda Qazaxıstan parlamenti 4 günlük iş həftəsinə keçidlə bağlı qanun qəbul etdi.

Bəs 4 günlük iş həftəsi Azərbaycanda da tətbiq edilə bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Biz hələ dünya ölkələrində tətbiq olunan elementar işçi hüquqlarını bərqərar edək, sonra 4 günlük iş həftəsi barədə nəsə danışarıq”.

Məzuniyyət hüququndan tutmuş əməyin təhlükəsizliyinə qədər, əməkhaqqından tutmuş müqaviləsiz işlədilməyə qədər, nə qədər desən problemin olduğunu nəzərə çatdıran sosioloq Poliqin-a bildirib ki, yalnız formal mövcud olan həmkarlar təşkilatları sisteminin bərpası və fəallığının artırılmasını tələb etmək lazımdır:

“4 günlük həftəsi Azərbaycanda tətbiq oluna biməz və olunmayacaq. Biz heç 5 günlük iş həftəsinə keçə bilmirik. Böyük əksəriyyət həftədə 6, hətta 7 gün işləyir. Yalnız dövlət orqanlarında 5 günlük iş həftəsinə riayət olunur ki, o da hamısında yox. Məsələn “Azəriqaz”, “Azərsu”, “Azərişıq” və sair bu kimi dövlət orqanlarında işləyənlərin bir çoxu şənbə bazar günü də işlədilir, özü də az maaşa. Onlara çox vaxt iş saatından artıq işləməyə, şənbə-bazar işinə görə əlavə maaş da hesablanmır. Avtobus və yük maşını sürücülərinin çoxu az qala fasiləsiz işləyir. Nəticədə ağır qəzalar baş verir, ölənlər olur. Bir çox nazirliklərdə də vəziyyət eynidir.

Belə utopik fikirlər səsləndirməkdənsə, işçilərin əmək hüquqlarının tətbiqini, onların istismarının qarşısının alınmasını tələb edilsə, daha yaxşı olar. Həmçinin, hazırda əhalini daha çox narahat edən davamlı bahalaşmanın səbəblərindən və onun aradan qaldırılması yollarından danışılsa, yaxşı olar.
İş yerlərinin çoxunda amansız istismar var.

Elçin Bayramlı: “1-ci, 2-ci, 3-cü dərəcəli vacib problemləri qoyub, 15-ci dərəcəli hansısa məsələdən danışmaq, vaxtı boşa keçirmək və diqqəti əsas problemlərdən yayındırmaqdan başqa bir şey deyil”.

Məzuniyyət hüququndan tutmuş əməyin təhlükəsizliyinə qədər, əməkhaqqından tutmuş müqaviləsiz işlədilməyə qədər, nə qədər desən problem var. Yalnız formal mövcud olan həmkarlar təşkilatları sisteminin bərpası və fəallığının artırılmasını tələb etmək lazımdır. Azərbaycanda uşaq əməyinin, uşaq istismarının qarşısı alınmayıb. Bütün bu problemlərin həlli isə Əməyin Mühafizəsi Xidmətinin üzərinə düşür. Lakin Xidmət demək olar ki, işləmir, ya da Xidmətin əməkdaşları ancaq öz maraqları çərçivəsində çalışırlar.

Həll etmək istəyirlərsə, nə qədər istəyirsiniz problem sayım. 1-ci, 2-ci, 3-cü dərəcəli vacib problemləri qoyub, 15-ci dərəcəli hansısa məsələdən danışmaq, vaxtı boşa keçirmək və diqqəti əsas problemlərdən yayındırmaqdan başqa bir şey deyil. Biz hələ dünya ölkələrində tətbiq olunan elementar işçi hüquqlarını bərqərar edək, sonra 4 günlük iş həftəsi barədə nəsə danışarıq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Köç karvanı Xocalıya çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib - Yenilənib

Sabiq nazirin oğlu sədr müavini təyin olunub    

Çiyələklə bağlı əhaliyə xəbərdarlıq edildi

Qaçırılaraq təcavüz edilmiş qızın ailəsi 3 milyon yarım tələb etdi - Ağır cəza verildi

Azərbaycan Ordusunun geyim forması dəyişdi    

Bloqer Fatimə Mövlamlı və Nicat İsmayıl sərbəst buraxılıblar

Laçında 36 milyonluq layihənin icrasına başlanılır

Məşhur restoran sahibi qumara görə cərimələndi - Adını dəyişib “Qarabağ” qoydu

2036-cı il Yay Olimpiya Oyunlarının məkanı bəlli oldu

Ən çox oxunanalar