Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lukaşenko Azərbaycan Prezidentinə məktub ünvanlayıb

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb...

Poliqon.info xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Əlamətdar tarix – Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu yubiley əməkdaşlıq sahəsində əldə olunmuş nəticələrə nəzər salmaq və gələcək planları müəyyənləşdirmək üçün yaxşı imkandır.

Sizin bilavasitə dəstəyinizlə siyasi, iqtisadi və humanitar sahələrdə intensiv inkişaf edən ikitərəfli dialoqu, Minsk və Bakının beynəlxalq arenada konstruktiv qarşılıqlı fəaliyyətini qeyd etmək sevindiricidir.

Əminəm ki, çoxillik dostluq ənənələrinə və etimada əsaslanan Belarus-Azərbaycan strateji tərəfdaşlığı ölkələrimizin xalqlarının rifahı naminə ardıcıl şəkildə dərinləşəcək, yeni maraqlı təşəbbüslər və birgə layihələrlə zənginləşəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, nəzərdə tutulan planların həyata keçirilməsi yolunda tükənməz enerji, Azərbaycan sakinlərinə isə sülh və əmin-amanlıq diləyirəm”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi - Yenilənib

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

Ən çox oxunanalar