Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Numan Kurtulmuş: "Türk Əsrinin gerçəkləşməsi üçün birlikdə mübarizə aparacağıq"

Türk Əsrini birlikdə quracağıq...

"Türk Əsrinin gerçəkləşməsi üçün birlikdə mübarizə aparacağıq".

“Report” "TRTHaber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni sədri Numan Kurtulmuş deyib.

O, parlamentin sədri seçiləndən sonra kürsüyə çıxaraq təşəkkür nitqi söyləyib.

"Birinci Məclisin yaranmasından və Cümhuriyyətimizin elan edilməsindən 100 il keçir. Türkiyə böyük qazanclar əldə edib. Biz millət olaraq qarşımıza yeni hədəflər, yeni üfüqlər qoymalıyıq. Türkiyə Əsri olaraq adlandırdığımız cümhuriyetimizin ikinci yüz ilində hamımız birləşəcəyik. Biz son dərəcə əhəmiyyətli bir dövrün başlanğıcını edirik. Bu millət bizə fürsət verib. Bu fürsəti millətin dəstəyi ilə sona qədər çalışaraq göstərəcəyik. Daha güclü, daha böyük Türkiyə üçün çox çalışacağıq", - sədr deyib.

TBMM sədri vurğulayıb ki, 16 müxtəlif siyasi partiyanın iştirak etdiyi bir parlament demokratiyamız üçün bir zənginlikdir:

"Fikirlərimizi müzakirə edəcəyik, partiyalarımızın fikirlərini bildirəcəyik, amma əl-qolumuzu sıxmadan, bir-birimizi incitmədən danışacağıq. Türk Əsrini birlikdə quracağıq. Deputatlarımızın hər birinə “xoş gəlmisiniz” deyirəm.

Millətimiz prezidentimiz Rəcəb Tayyib Ərdoğanı Türkiyənin yenidən lideri seçdi. Türk Əsrinin gerçəkləşməsi üçün birlikdə mübarizə aparacağıq. Bir daha vurğulamaq istəyirəm ki, parlamentin sədri kimi bütün siyasi partiyalarla dialoq şəraitində vəzifəmi davam etdirəcəyəm”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar