Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın andiçmə gününün tarixi açıqlandı

İyunun 2-də Türkiyə Böyük Millət Məclisi onun ən yaşlı üzvü olan Dövlət Bağçalının sədrliyi ilə toplanacaq və millət vəkillərinin andiçmə mərasimi keçiriləcək...

“İyunun 2-də Türkiyə Böyük Millət Məclisində (TBMM) millət vəkillərinin andiçmə mərasimi keçiriləcək, prezidentin andiçmə mərasimi isə təqvimə əsasən, şənbə günü, iyunun 3-də baş tutacaq”.

Bu sözləri Türkiyə prezidentinin baş müşaviri, Prezidentin Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Uçum deyib.

Mehmet Uçum seçkilərin yekun nəticələrinin rəsmi açıqlanmasından sonra baş tutacaq proseslə bağlı öz “Twitter” hesabında açıqlama verib.

Uçum Mərkəzi Seçki Komissiyasının (YSK) son seçki nəticələrini bu gün “Resmi Gazete”yə göndərdiyini və yekun nəticələrin elan edildiyini xatırladıb. O bildirib ki, elandan sonrakı üçüncü gün TBMM saat 14:00-da toplanacaq.

Prezident seçkisinin rəsmi yekun nəticəsi cümə axşamı günü açıqlanacaq və Türkiyə Böyük Millət Məclisinin sədrinə bildiriləcək. Elan verildiyi gün YSK tərəfindən hazırlanan prezident seçkisinə dair hesabat da seçilmiş prezidentə təqdim edilməsi üçün TBMM rəhbərliyinə veriləcək. TBMM-in ilk iclasından sonra üç gün ərzində isə prezident protokolu təslim alaraq and içəcək”, - deyə o qeyd edib.

Mehmet Uçum bildirib ki, bu təqvimə görə, iyunun 2-də Türkiyə Böyük Millət Məclisi onun ən yaşlı üzvü olan Dövlət Bağçalının sədrliyi ilə toplanacaq və millət vəkillərinin andiçmə mərasimi keçiriləcək.

“İyunun 3-ü, şənbə günü TBMM-in müvəqqəti sədri cənab Bağçalı tərəfindən prezident seçkisi ilə bağlı hesabat seçilmiş Prezident Rəcəb Tayyib Ərdoğana təqdim ediləcək. Sonra elə həmin gün Külliyedə yeni prezidentin andiçmə mərasimi keçiriləcək. Mərasimdən sonra prezidentimiz kabinetin tərkibini elan edəcək.

İyunun 4-də təyin edilmiş vitse-prezident/müavinlər və nazirlər Türkiyə Böyük Millət Məclisinin ümumi yığıncağında and içəcəklər”, - deyə o bildirib.( Haber Global)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Ən çox oxunanalar