Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makkarti: ABŞ-ın defoltu qaçınılmazır...

Nümayəndələr Palatasının spikeri Kevin Makkarti prezident Co Baydeni ABŞ-ı qaçılmaz defolta sürükləməkdə günahlandırıb...

Birləşmiş Ştatlarda yaxın günlərdə qaçılmaz olaraq defolt baş verəcək və buna Amerika prezidenti Co Bayden günahkardır.

Poliqon xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti özünün “Twitter” səhifəsində yazıb.

“Bayden borc tavanının üzərinə düşəni yerinə yetirdiyini və defoltda günahlandırıla bilməyəcəyini təkid edərək tarixi yenidən yazmağa çalışır. Əslində, o, yüz gündən çox danışıqlar aparmaqdan imtina etdi”, deyə konqresmen yazıb. Həmçinin Makkarti ABŞ-ın 9 gündən sonra defolt elan olunacağını proqnozlaşdırıb.

Bundan əvvəl The Economist nəşri yazmışdı ki, rekord dövlət borcuna görə ABŞ defoltla və ya dövlət xərclərinin kəskin azalması ilə üzləşə bilər. Qəzet qeyd edir ki, hər iki ssenari qlobal iqtisadiyyatı təhdid edir.

Qeyd edək ki, aprel ayında Makkarti ABŞ-ın dövlət borcunun məsuliyyətli hərəkətlərin olmaması səbəbindən partlayacaq bir bomba kimi dəyərləndirmişdi. Onun fikrincə, Co Bayden bu problemi həll etmək üçün heç nə etməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar