Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

46 il əli qızılla oynayan və Ginnesin rekordlar kitabına düşən nazir – Stalinin kadrı Lomako Qorbaçovun vaxtında təqaüdə çıxıb...

Lomako 46 il, 1940-cı ildən 1986-cı ilə qədər (arada qısa fasilələrlə) SSRİ-də əlvan metallurgiya sahəsinə rəhbərlik edib. Dünyada ikinci bir şəxs belə bir rekorda nail olmayıb...

Ginnesin Rekordlar Kitabına təbiətdə qeydə alınan qeyri-adiliklər, insanlar tərəfindən əldə edilən ən yüksək nəticələrlə yanaşı, eyni yüksək vəzifədə uzun müddət işləyənlərin adları da düşüb. 1988-ci ildə bu umumdünya rekordlar kitabına nazir vəzifəsində iş stajına görə Pyotr Lomakonun da adı salınıb. 

Pyotr Lomako 1904-cü ildə Kuban vilayətinin Temryuk şəhərində anadan olub. O, orta təhsilini başa vurduqdan sonra ilk əmək fəaliyyətinə Temryuk şəhər partiya komitəsində başlayıb, əvvəlcə kuryer, sonra qeydiyyatçı vəzifəsində işləyib. 1922-ci ildə Lomako Krasnodar vilayətində banditizmə qarşı mübarizə dəstəsinə siyasi komissar vəzifəsinə təyin edilib. Bu vəzifədə bir il nümunəvi xidmətdən sonra o, fəaliyyətini komsomol orqanlarında davam etdirib, Temryuk şəhər komsomol komitəsində şöbə müdiri vəzifəsində çalışıb.

1932-ci ildə Moskva Dövlət Əlvan Metallar və Qızıl Universitetini bitirdikdən sonra Lomako komsomol orqanlarından ayrılaraq istehsalatda işləməyə başlayıb. O, 1937-ci ilə qədər Leninqraddakı əlvan metallar emal edən “Qırmızı seçici” zavodunda briqadir, baş usta, sex rəisi, zavod direktorunun müavini vəzifələrində işləyib və ittifaq miqyasında əlvan metallar sahəsi üzrə ən yaxşı mütəxəssislərdən biri kimi tanınıb.

1937-ci ildə Lomako Moskvaya dəvət olunub. SSRİ Xalq Komissarları Sovetinin (sonralar Nazirlər Soveti) sədri Vyaçeslav Molotovla görüşdən sonra Lomako Vladimir vilayətində yerləşən Kalçugino əlvan metallar zavoduna baş direktor vəzifəsinə təyinat alıb. Moskva görüşündə onun qarşısına böyük öhdəlikdər qoyulub.

Lomako ona göstərilən etimadı doğrultmağı bacarıb. Rəhbərlik etdiyi zavodun istehsal gücü altı ay ərzində digər əlvan metallar emalı müəssisələrini üstələyib. Buna baxmayaraq, SSRİ-də metallurgiya sahəsinin inkişafına daha böyük ehtiyac duyulub. Bu ehtiyacı ödəmək üçün Mərkəzi Komitə və Nazirlər Soveti Lomakonun bilik və bacarığından, təcrübəsindən daha çox bəhrələnməyə qərar verib.
1939-cu ildə 35 yaşlı Lomako SSRİ əlvan metallurgiya nazirinin müavini təyin edilib. Bu vəzifədə o, bir sıra qiymətli metal yataqlarının aşkar edilməsi və istismarına nail olub. Bir ildən sonra isə Lomako 36 yaşında nazir vəzifəsinə təyinat alıb.

46 illik nazir fəaliyyətində Lomako üçün ən ağır dövr sovet-alman müharibəsi illəri olub. Muharibə illərində Lomakonun üzərinə həm metallurgiya zavodlarının Urala təxliyə edilməsi, həm də hərbi-sənaye müəssisələrinin fasiləsiz xammala təmin etmək kimi çətin vəzifələr düşüb. Müvafiq məslələrlə bağlı Lomako mütəmadi olaraq Stalinin yanına çağrılıb. Vyaçeslav Molotov öz xatirələrində sovet lideri ilə nazirin görüşlərini aşağıdakı kimi xatırlayıb:

“Dövlət Müdafiə Komitəsinin qərarı ilə metallurgiya zavodlarının təxliyəsi Lomakoya həvalə edilmişdi. Bu, olduqca ağır bir proses idi, zavodların daşınmAsı, yenidən qurulması vaxt tələb edən iş idi. Bununla yanaşı, eyni zamanda hərbi sənaye müssisələrinin xammalla təmin edilməsinə də Lomako cavabdehlik daşıyırdı. 1942-ci ildə Dövlət Müdafiə Komitəsi “Uran üzrə işlərin təşkili haqqında” proqram qəbul edəndə də, Stalin bu proqramın icrasını rəsmi olaraq Lomakoya tapşırmışdı. Lomako çox nadir insanlardan biri idi ki, o, eyni zamanda bir neçə ağır və mürəkkəb işi yüksək səviyyədə icra etməyi bacarırdı. Müharibə illərində Stalin Lomakoya ümid yeri kimi baxırdı...”

Ağır müharibə illərində və ağır Stalin rejimində uğur rəmzi sayılan Lomako Xruşovun hakimiyyəti illərində “anlaşılmazlıq” problemləri ilə üzləşib. İslahat fəaliyyətini “qarğıladıya” yönəldən Xruşova əlvan metallurgiyanın inkişafının vacibliyini başa salmaq Lomakoya heç də asan başa gəlməyib. Amma nazir sonda müvafiq sahə ilə bağlı Xruşovun fikrini dəyişə bilib, ölkədə yeni zavodlar tikilib, əlvan metallurgiya sahəsi SSRİ-nin büdcəsini zənginləşdirib.

Leonid Brejnevlə işləmək isə ona daha rahat olub. Baş katib Lomakonu “cəbhə dostu” adlandırıb, onun müharibə illərindəki xidmətlərini yüksək qiymətləndirib. Məhz 1960-cı illərdə Lomakonun rəhbərliyi ilə nadir, əlvan və qiymətli metalların istehsalında keyfiyyət və kəmiyyət sıçrayışı baş verib, Yakutiyada iri miqyaslı almaz hasilatına başlanılıb, SSRİ-nin müxtəlif regionlarında onlarla əlvan metal filizlərinin yeni yataqları aşkar edilərək istismara verilib.

SSRİ-nin bütün rəhbərləri dövründə Lomako ən yüksək dövlət mükafatları ilə təltif edilib. O, Sosialist Əməyi Qəhrəmanı adna, yeddi dəfə “Lenin” ordeninə və çoxsaylı medallara layiq görülüb. “Qızıl ulduz”u isə nazirə şəxsən Leonid Brejnev təqdim edib, Kremldə onun şərəfinə ziyafət verib.

Sovet dövründə Lomakonu “əlvan metallurgiya sənayesini atası” adlandırıblar. Ölkənin ayrı-ayrı bölgələrində onun adı küçə və prospektlərə, zavodlara verilib, yaşadığı və işlədiyi yerlərdə memorial lövhələri vurulub.

Lomako 1986-cı ildə səhhəti ilə bağlı SSRİ əlvan metallurgiya naziri vəzifəsindən təqaüdə çıxıb.

Uzun illər nazir olsa da, ömrünün ən enerjili illərini əlvan metal filizlərinin yataqlarında, zavodlarda keçirən Pyotr Lomako 1990-cı ildə, 85 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu, (Musavat.com)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar