Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ kəşfiyyatının şok səhvi: “Əl-Qaidə” üzvü əvəzinə, 10 uşaq atası çobanı öldürdülər...

Mayın 3-də ABŞ Suriyada pilotsuz təyyarələrlə əməliyyat keçirib. ABŞ əməliyyat nəticəsində terror təşkilatı “Əl-Qaidə”nin önəmli fiqurunu hədəf aldığını və əməliyyatın uğurla keçdiyini açıqlayıb...

Poliqon xəbər verir ki, əməliyyata ABŞ Mərkəzi Komandanlığı nəzarət edib və hücumdan bir neçə saat sonra heç bir dəlil-sübut göstərmədən və ya şübhəli şəxsin adını çəkmədən, “Predator” pilotsuz uçan aparatının hücumunun “Əl-Qaidə”nin yüksək səviyyəli liderini hədəf aldığı bildirilib.

Bu açıqlamadan qısa müddət sonra mövzu ilə bağlı ABŞ-dan qalmaqallı məlumat verilib. Səlahiyyətlilər əməliyyat nəticəsində ölən şəxsin “Əl-Qaidə” ilə heç bir əlaqəsinin olmadığını bildirib. Öldürülən şəxsin 10 uşaq atası çoban olduğu və qoyun otararkən dünyasını dəyişdiyi bildirilib.

The Washington Post-un araşdırması nəticəsində 56 yaşlı Lütfi Həsən Mistonun Suriyanın şimalında çobanlıqla yanaşı, ustalıq etdiyi də məlum olub.

“Biz artıq “Əl-Qaidə”nin ən yüksək səviyyəli üzvlərindən birini öldürməyimizə əmin deyilik”, deyə anonim ABŞ rəsmisi deyib.

“Washington Post”un xəbərində dron hücumunun Mistonun evinin yanında həyata keçirildiyi qeyd edilib. Mistonun qonşuları ABŞ müxbirlərinə bildiriblər ki, terrorçular evin yaxınlığında yaşamırlar və fəaliyyət göstərmirlər.

Mistonun fotosu da The Washington Post tərəfindən ABŞ rəsmilərinə göstərilib və ölən şəxsin eyni adam olduğu təsdiqlənib.

Çobanın qonşuları onun ailəsi və dostları ilə çay içmək, heyvanlarına qulluq etmək, tez-tez məsciddə namaz qılmaq kimi rutinlərini təsvir edib və Mistonun klassik müsəlman olduğunu vurğulayıblar.

Mistonun oğlu Həsən bildirib ki, mayın 3-də səhər saat 7.30 radələrində atası ilə yemək yediyini və sonra Mistonun qoyun otarmağa getdiyini bildirib. 20 dəqiqə sonra PUA hücum baş verib.

ABŞ hərbi rəsmiləri hələ ki, hədəflərinin kimlər olduğunu və səhvin necə baş verdiyini açıqlamayıblar. Bəzi Pentaqon rəsmilərinin çoban Mistonu “Əl-Qaidə” üzvü kimi göstərməsinin səbəbi ölkə mətbuatının tənqid hədəfinə çevrilib.

Mərkəzi Komandanlığın sözçüsü Maykl Louhorn verdiyi açıqlamada, səlahiyyətlilərin mülki vətəndaşların itkiləri ilə bağlı məlumatlardan xəbərdar olduğunu və nəticəni qiymətləndirməyə davam etdiyini deyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar