Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar” 5G sürətini Sumqayıta gətirib

“Nar” ultra sürətli 5G texnologiyasını Sumqayıt şəhərində test rejimində təqdim edir. Bununla da, “Nar” 5G texnologiyasını paytaxtdan kənara gətirən ilk mobil operator olub. Abunəçilər 5G texnologiyasını dəstəkləyən şəxsi mobil telefonları ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsi 34 ünvanında yerləşən “Nar” mağazasında şəbəkəyə qoşula və ya mağazada şəbəkəyə qoşulmuş cihazlardan istifadə edərək 5G sürətini sınaqdan keçirə bilərlər.

Poliqon.info xəbər verir ki, ilk dəfə 5G şəbəkəsinə qoşulan “Nar” abunəçiləri *775#YES şifrəsini yığmaqla 10GB həcmində pulsuz 5G internet paketi əldə edə bilərlər ki, bu da onlara gün ərzində həmin ərazidə 5G sürətini sınaqdan keçirməyə imkan verəcək.

"Abunəçilərimiz üçün mümkün ən yaxşı rəqəmsal təcrübəni təmin etmək üçün ilk dəfə olaraq paytaxtdan kənarda-Sumqayıtda 5G texnologiyasını təqdim etməkdən qürur duyuruq. Əminik ki, bu yenilik müştərilərimizə yeni rəqəmsal imkanları araşdırmaq üçün əla fürsət yaradacaq”, - deyə “Nar”ın Baş İcraçı direktoru Qunnar Panke bildirib.

Qeyd edək ki, hal-hazırda keyfiyyətli və kəsintisiz “Nar” şəbəkəsi ölkə ərazisinin 98%-ni, əhalinin isə 99%-ni əhatə edir.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Poliqon.info


Etiket: Nar 5G


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar