Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qalmaqallı prosesdə adı keçən azərbaycanlı o imiş...

Biznesmen, həmçinin Londonda təxminən 22,5 milyon funt sterlinq dəyərində bir ev, iki xüsusi təyyarə və üzüm şərabı zavoduna sahibdir...

Ötən gündən etibarən dünyanın nüfuzlu media orqanlarında deputat Cavanşir Feyziyevin işi üzrə London “Westminster Magistrates” Məhkəməsinin qərarında adı hallanan şəxsin kimliyinin müəyyən olunduğu ilə bağlı silsilə məqalələr dərc olunur.

Poliqon BBC-yə istinadən xəbər verir ki, həmin şəxsin britaniyalı məşhur iş adamı, xeyriyyəçi və Mühafizəkarlar Partiyasının ianəçisi Cavad Marandi olması müəyyənləşib. O, əslən İranın Marand şəhərindəndir. Etnik azərbaycanlı olan iş adamı Böyük Britaniya vətəndaşıdır.

O, uzun müddətdir kimliyinin üzə çıxarılmasının reputasiyasına xələl gətirəcəyini əsaslandırırmış. Belə ki, bütün məhkəmə sənədlərində Marandinin kimliyi “MNL” olaraq keçir. Buna cavab olaraq Britaniya Yayım Korporasiyası BBC və “The Evening Standard” qəzeti iş adamının adının açıqlanmasını tələb edərək məhkəməyə müraciət ediblər. Nəticədə 19 aylıq mübarizədən sonra London məhkəməsi jurnalistlərin iddiasını təmin edib və Feyziyev işi üzrə hökmdə adı çəkilən “nüfuzlu azərbaycanlı iş adamının” Cavad Marandi olduğunu elan edib.

Məhkəmənin qərarına görə, burada əsas rolu “Avromed” şirkəti oynayıb.

İş adamının sözçüsü məsələ ilə bağlı açıqlamasında Marandinin baş verən proseslərdən məyusluq keçirdiyini bildirib: “Cənab Marandi məhkəminin onun reputasiyasına dəyəcək ziyanı bilə-bilə belə qərar qəbul etməsindən dərin məyusdur”.

Qeyd edək ki, 55 yaşlı Cavad Marandi məşhur dizayn brendi “The Conran Shop” və “Anya Hindmarch”da paya, dəbdəbəli çanta firmasına, özəl üzvləri olan kluba və hotelə sahibdir. Onun Azərbaycanda 20-dən çox “McDonalds” restoranı və bir çox beynəlxalq brendin distribütorluğunu həyata keçirən siqaret firması var.

Biznesmen, həmçinin Londonda təxminən 22,5 milyon funt sterlinq dəyərində bir ev, iki xüsusi təyyarə və üzüm şərabı zavoduna sahibdir.

Biznesmen azərbaycanlı onkoloq Əli Əlizadənin qızı Nərminə Marandi (Əlizadə) ilə evlidir. Cütlüyün bu evlilikdən 3 övladı var.

Nərminə Əlizadə “BFC Fashion Trust”ın himayəçisi və idarə heyətinin üzvü, “Serpentine” qalereyalarının Mədəniyyət və Sosial Komitəsinin həmsədridir. Onun sahib olduğu müəssisələrin bank dəyərində ümumi məbləği 12 milyon, aktivlərinin dəyəri isə 24,1 milyon funt sterlinqdir.

Xatırladaq ki, 2022-ci ilin yanvarında London məhkəməsi Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Böyük Britaniyada 5,6 milyon funt-sterlinq məbləğində bank hesablarının müsadirə edilməsi barədə qərar vermişdi.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar