İspaniya NATO və Aİ-nin təzyiqi altında “Patriot” raketlərini Ukraynaya təhvil verməyə razılaşıb...
Poliqon xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti ölkə hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
“İspaniya NATO və Aİ-nin təzyiqi altında Ukraynaya “Patriot” raketləri tədarük etməyə razılaşıb və bu Amerika sistemlərinə malik Avropa ölkələrindən də onları Kiyevə tədarük etməyi tələb edib”, deyə nəşr yazır.
Qeyd edək ki, Financial Times nəşrinə görə, NATO və Aİ müttəfiqləri Kiyevi Patriot və S-300 hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün İspaniya və Yunanıstana güclü təzyiq göstərir və izah edirlər ki, onların öehtiyacları Ukraynanınki qədər böyük deyil.
Ötən çərşənbə axşamı, aprelin 23-də Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Aİ-nin Afinadan Kiyevə S-300 və ya “Patriot” göndərməsini xahiş etdiyini təsdiqləyib, lakin o, Yunanıstanın bunu etməyəcəyini vurğulayıb.
KİV-in məlumatına görə, İspaniyada cəmi dörd “Patriot” batareyası var və onlardan biri Türkiyədə yerləşdirilib.
Poliqon.info