Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan bazarı zərərli istehlak məhsullarından qorunur?..

Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları ilə bağlı vəziyyət narahatlıq doğurur və Azərbaycan Standartlaşdırma İnstitutunun nə işlə məşğul olduğu da bilinmir...

Azad İstehlakçılar Birliyinin sədri: “Azərbaycan Standartlaşdırma İnstitutu guya digər mallara, o cümlədən ekoloji təmiz kənd təsərrüfatı mallarına nəzarət edir. Lakin bu lazımı səviyyədə deyil”.

“Dövlətin müvafiq qərarları da olsa və “Yaşıl market”lərin yaradılması ilə bağlı qərarlar olsa belə, şəhərdə və yaxud da respublikaların ayrı-ayrı yerlərində ekoloji təmiz kənd təsərrüfatı mallarının ayrıca satılması yerlərini görmürük”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları ilə bağlı vəziyyəti Poliqon-a şərh edərkən qeyd edib.

Azərbaycanda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu fəaliyyət göstərir. Bu qurum əsasən Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı, emalı, markalanması və satışı sahələrini lisensiyalaşdırır.

Qeyd edək ki, Azərbaycan əhalisinin ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları ilə təmin olunmasında Azərbaycan Standartlaşdırma İnstitutu fəaliyyəti demək olar ki, hiss olunmur. Qurumun bu aktual məsələdə öz fəaliyyətini sistemsiz şəkildə həyata keçirməsi də göz qabağındadır. Bunun əsas sübutlarından biri isə Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının ayrıca satışı üçün faktiki olaraq heç bir addımın atılmamsını göstərə bilərik.

Onu da qeyd edək ki, Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov yeni standartlarla bağlı “vergiler.az”a müsahibə bildirib ki, “ölkəmizdə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün böyük potensial və müvafiq resurslar var”.

Həmçinin baş direktor müsahibəsində vurğulayıb ki, “yeni standart risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarəolunması mexanizmlərini özündə ehtiva etməklə, istehlakçılarda istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyə olan əminliyi artıracaq”.

Lakin İlham müəllimin bu resurslardan istifadə etmək istəməməsi və yaxud bunu bacarmaması da göz qabağındadır. Bu üzdən də hesab etmək olar ki, Azərbaycan əhalisi keyfiyyətili və təhlükəsiz istehlak malları ilə təmin olunmayıb.

Hazırda Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları ilə bağlı vəziyyət hansı səviyyədədir və doğurdanmı Azərbaycan bazarı zərərli istehlak məhsullarından qorunur? Yoxsa bu sahədə də sadəcə gözdən pərdə asılır?

Azərbaycan bazarının zərərli istehlak məhsullarından qorunması məsələsini Poliqon-un əməkdaşı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ilə müzakirə edib.

Eyyub Hüseynov: “Çox təəssüf ki, böyük marketlərin hər hansı bir yerində ekoloji təmiz kənd təsərrüfatı məhsulları satılan yerləri görmürük”.

Ayrı-ayrı kənd təsərrüfatları şəraitində ekoloji təmiz məhsulun yetişdirildiyini vurğulayan Eyyub Hüseynov Poliqon-a açıqlamasında qeyd edib ki, ümumilikdə götürsək ekoloji təmiz məhsullara əlçatanlığın sıfır vəziyyətindədir:

Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı mövcuddur. Ölkədə 15 il bundan əvvəl ekoloji təmiz kənd təsərrüfatı haqqında qanun da qəbul olunub. Xüsusən qərb bölgəsində çox görkəmli alim olan Aminin himayəsi altında ekoloji təmiz kənd təsərrüfatı ilə məşğul olan bir çox fermerlər var. Lakin dövlətin müvafiq qərarları da olsa və “Yaşıl market”lərin yaradılması ilə bağlı qərarlar olsa belə, şəhərdə və yaxud da respublikaların ayrı-ayrı yerlərində ekoloji təmiz kənd təsərrüfatı mallarının ayrıca satılması yerlərini görmürük. Yaxud da, çox təəssüf ki, böyük marketlərin hər hansı bir yerində ekoloji təmiz kənd təsərrüfatı məhsulları satılan yerləri görmürük. Bu sahədə aləm bir-birinə qarışıb”.

Eyyub Hüseynov bildirir ki, Azərbaycanda GMO-nun lobbisini aparan qüvvələr də var və AQTA-da da fəaliyyət göstərirlər. Ekspert hesab edir ki, xüsusən AQTA-nın bu məsələyə ikili standartlarla yanaşması diqqəti cəlb edir.

AQTA-1684313231.jpg" />

“Baxmayaraq ki, ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunda genetik modifikasiya olunmuş orqanizmlər ekoloji hesab olunmur, lakin Azərbaycanda GMO-nun lobbisini aparan qüvvələr də var. Çox təəssüflər olsun ki, Qida Təhlükəsizlik Agentliyi yaranandan bəri gizli və çox ehtimal və rahat bir şəkildə GMO-nun lobbisini aparan elementləri görürük. Məsələn, AQTA-nın bir sənədində göstərilir ki, heyvanlara genetik modifikasiya olunmuş yemlərlə yemləndirilən, orqanizmlərindən alınan qida məhsullarının verilməsi qadağandır. Yəni, heyvana GMO ilə yedizdirilmiş başqa heyvanın cəmdəyindən hazırlanmış qidanın yedizidirilməsi qadağandır. Belə çıxır ki, bu heyvanın genində öz təsirini göstərər”.

Qeyd edək ki, son illər Azərbaycanda ətin keyfiyyəti və dadı dəyişib və bu dəyişim hazırda həm qırmızı ətdə, həm də ağ ətdə özünü göstərir. Bu isə heyvan və quşların kütləvi GMO qida ilə bəslənməsindən irəli gəlir.

Təbii ki, GMO ilə qidalandırılan heyvan iqtisadi cəhətdən səmərəlidir və tez böyüməklə yanaşı daha çox ətin istehsal olunmasını təmin edir. Lakin GMO ilə bəslənən heyvan və quşların ətini heç də təmiz ekoloji məhsul kimi dəyərləndirmək olmaz və qiymətinə təsir etməsə də, bu ətlərin keyfiyyəti də kifayət qədər aşağı düşür. Bu üzdən də GMO ilə bəslənən heyvan və quş məhsullarının ekoloji təmiz məhsullardan ayrı satılmasına ehtiyac və bunlar arasında qiymət fərqi də özünü göstərməlidir.

Eyyub Hüseynov: “AQTA-nın bir-birinə təzad təşkil edən iki sənədi var”.

Eyyub Hüseynov bildirir ki, AQTAAzərbaycan Standartlaşdırma İnstitutu bu məsələni həll etmək əvəzinə sadəcə təzadlı sənədlər qəbul edərək daxili bazarda GMO məhsullarının daha geniş və nəzarətsiz şəkildə yayılmasına imkan yaradırlar:

“Qida Təhlükəsizlik Haqqında qanunda göstərilir ki, Azərbaycanda fermer təsərrüfatlarına genetik modifikasiya olunmuş orqanizmlərlə yemlər verilə bilər. Yəni, AQTA bununla geni dəyişdirilmiş qidalara yaşıl işıq yandırır. Azad İstehlakçılar Birliyi dəfələrlə bildirib ki, əgər heyvanlar GMO ilə yedizdirilirsə, onlar insanlara da təsir edəcək. Buna görə də onların satışı ayrılmalıdır.

Bununla bağlı AQTA-nın bir-birinə təzad təşkil edən iki sənədi var. Bir sənəddə GMO ilə yedizdirilmiş heyvanların ətində dəyişiklik yarandığını bildiri, digər sənəddə isə GMO ilə yedizdirilmiş heyvanların ətinin insanlara təsir etməyəcəyi göstərilir. Halbuki həmin ətlər heyvanlara təsir etdiyi kimi, insan sağlamlığına da təsir edir”.

Azad İstehlakçılar Birliyinin sədri hesab edir ki, GMO ilə bəslənən heyvanların ətindən, südündən əmələ gələn malların üzərində bu barədə məlumatlar olmalıdır və bunun olmaması əslində istehlakçıların hüququnu kobud şəkildə pozur:

“Əlbəttə ki, biz belə bir vəziyyətlə razı deyilik. Buna görə də biz AQTA qarşısında məsələ qaldırmışıq ki, GMO ilə bəslənən heyvanların ətindən, südündən əmələ gələn malların üzərində, etiketində heyvanların GMO ilə yedizdirilməsi yazılsın. Lakin, biz buna da nail ola bilməmişik və hələ də Azərbaycanda bu sahədə istehlakçıların hüququ pozulur.

Eyyub Hüseynov qeyd edir ki, Azərbaycanda kifayət qədər ekoloji təmiz məhsullar yetişdirilir. Lakin bu məhsulalra əlçatanlıq sıfır vəziyyətdədir. Çünki daxili bazarda ekoloji təmiz məhsullar zərərli istehlak məhsulları ilə bir yerdə satılması ciddi problem olaraq qalmaqadır:

“Ayrı-ayrı kənd təsərrüfatları şəraitində əlbəttə, ekoloji təmiz məhsul yetişdirilir. Lakin, ümumilikdə götürsək, deyə bilərik ki, bu məhsullara əlçatanlıq sıfır vəziyyətindədir. Onları təşkil olunmuş şəkildə paytaxta daşıyan, yaxud da ölkənin böyük şəhərlərinə daşıyan heç bir sistem mövcud deyil. Bayaq adını çəkdiyim Amin adlı professor bu məsələnin həllinə nail olmaq üçün çox cəhdlər edib. Amma biz hələ buna nail ola bilməmişik”.

Eyyub Hüseynov: “Əslində Standartlaşdırma İnstitutu öz vəzifələrinin öhdəsindən gələ bilmir və gözdən pərdə asan hansısa bəyanatlar verməklə fəaliyyətlərini idarə etməyə çalışırlar”.

Eyni zamanda Azad İstehlakçılar Birliyinin sədri Azərbaycan Standartlaşdırma İnstitutunun fəaliyyətinin heç də qənaətbəxş olmadığını vurğulayıb. Mütəxəssis qeyd edir ki, İnstitutun fəaliyyəti lazımı səviyyədə deyil və əslində bu qurum öz vəzifələrinin öhdəsindən gələ bilmir. Sadəcə gözdən pərdə asan hansısa bəyanatlar verməklə fəaliyyətlərini idarə etməyə çalışırlar:

Azərbaycan Standartlaşdırma İnstitutu guya digər mallara, o cümlədən ekoloji təmiz kənd təsərrüfatı mallarına nəzarət edir. Lakin bu lazımı səviyyədə deyil. Əslində bu qurum öz vəzifələrinin öhdəsindən gələ bilmir və gözdən pərdə asan hansısa bəyanatlar verməklə fəaliyyətlərini idarə etməyə çalışırlar. Qida Təhlükəsizlik Agentliyi isə yalnız malların təhlükəsizliyini təmin edir. Keyfiyyət məsələsi isə ortalıqda qalıb və bu qurumlar qidaların keyfiyyətli olması ilə maraqlanmırlar.

Bir sözlə ekoloji təmiz kənd təsərrüfatı məhsullarına əlçatanlıq lazımı səviyyədə deyil və təşkil olunmuş şəkildə bunlar irəlilədilmir. Görünür bəzi insanlar Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasının tərəfdarıdır. Çünki belə olanda, artıq Azərbaycanın yerli məhsulları, hətta, ekoloji təmiz kənd təsərrüfatı məhsulları da ayaq altına qalacaq. Azad İstehlakçılar Birliyi Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasının tərəfdarı deyil”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar