Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiyada NATO-nun ofisi açılacaq...

Yaponiya Ukraynadakı müharibə ilə əlaqədar Tokioda NATO ofisinin açılması üçün danışıqlara başlayıb...

Rusiyanın Ukraynaya müdaxiləsi Yaponiya hakimiyyətini regionda təhlükəsizliyə münasibətini yenidən nəzərdən keçirməyə və NATO ilə əməkdaşlıq ofisinin açılması ilə bağlı danışıqlara başlamağa məcbur edib.

Poliqon xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi CNN telekanalına bildirib.

“Bunu müzakirə etməyimizin səbəbi Rusiyanın Ukraynaya təcavüzündən sonra dünyanın daha qeyri-sabit olmasıdır”, deyə nazir kanala bildirib. Yoşimasa Hayaşinin sözlərinə görə, Şərqi Avropada baş verən hadisələr Asiya-Sakit Okean regionuna birbaşa təsir edir və bu, hərbi blokla əməkdaşlığı getdikcə vacib edir.

Nazir vurğulayıb ki, Yaponiya alyansın üzvü deyil. Bununla belə, danışıqlar Asiya-Sakit Okean regionunda NATO tərəfdaşlarının alyansla sabit əlaqələrə malik olduğuna işarə edir. “Eyni zamanda, ofisin açılması konkret ölkələrə mesaj kimi qəbul edilməməlidir”, deyə Yaponiyanın XİN rəhbəri qeyd edib.

Yaponiyanın Nikkei Asia nəşri mənbələrə istinadən yazıb ki, Tokioda açılacaq NATO ofisi Yaponiyaya Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya kimi regiondakı alyans tərəfdaşları ilə təhlükəsizlik məsləhətləşmələri aparmağa imkan verəcək.

Qeyd edək ki, oşar ofislər artıq Gürcüstan, Ukrayna, Bosniya və Herseqovina, Moldova və Küveytdə mövcuddur.

CNN-in Yaponiyada əlaqə ofisinin açılması planları ilə bağlı sualına NATO sözçüsü müttəfiqlərlə cari müzakirələrin təfərrüatlarına varmayacağını bildirib, lakin təşkilatın Tokio ilə uzunmüddətli əməkdaşlığını vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Ən çox oxunanalar