Şənbə, 22 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna Putinin Kremldəki iqamətgahına dron hücumuna münasibət bildirib

Hücum nəticəsində tələfat və maddi ziyanın qeydə alınmadığı bildirilir...

Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov Rusiya Prezidenti Vladimir Putinin Kremldəki iqamətgahına dron hücumu barədə məlumatsız olduqlarını açıqlayıb.

"Report"un məlumatına görə, o, bu barədə BBC-yə deyib.

“Bizdə Kremlə “gecə hücumları” barədə heç bir məlumat yoxdur, lakin Prezident Zelenskinin də dəfələrlə bəyan etdiyi kimi, Ukrayna malik olduğu bütün qüvvə və vasitələri başqalarına hücum etməyə deyil, öz ərazilərini azad etməyə yönəldir”, - deyə S.Nikiforov bildirib.

Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak isə tviterdə yazıb ki, enerji obyektləri üzərində və ya Kreml ərazisində naməlum pilotsuz uçuş aparatlarının peyda olması yalnız yerli müqavimət qüvvələrinin partizan fəaliyyətindən xəbər verə bilər: “Bildiyiniz kimi, dronları istənilən hərbi mağazadan almaq olar. Görünür, hakimiyyətin ölkə üzərində nəzarəti zəifləyir. Rusiyada nələrsə baş verir, amma Ukrayna PUA-larının bu məsələdə rolu yoxdur”.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidentinin Mətbuat Xidməti mayın 3-nə keçən gecə Ukraynaya məxsus iki dronun Kremlə zərbə endirməyə çalışdığını açıqlamışdı. Hücum zamanı Vladimir Putin Novo-Oqaryovoda işlədiyindən xəsarət almayıb. Hücum nəticəsində tələfat və maddi ziyanın qeydə alınmadığı bildirilir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur iş adamı azərbaycanlı müğənniyə evlilik təklif etdi - Foto

Bakıda silahlı insident: Tapança ilə qətlə yetirilən var

Moskvanın Qafanda konsulluq açmaq istəyi və Rusiya-Ermənistan münasibətiləri...

AVRO-2024: Ukrayna ilk qələbəsini qazanıb - Yenilənib

İrəvanda polis Samvel Şahramanyana xidmət edən avtomobili müsadirə edib - Video, Yenilənib

Pomidor şirəsinin elə bir faydası tapıldı ki...

Türkiyə XİN Ermənistanın Fələstini dövlət kimi tanımasını təqdir edib

Dövlət Xidmətindən “Lalafo.az” və “Tap.az” istifadəçilərinə xəbərdarlıq

Bağçada dəhşət: Müəllimə uşaqları ağır xəstəliyə yoluxdurdu

Azərbaycanda “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə” dəyişib

Ən çox oxunanalar