Şənbə, 13 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahin Diniyev: Portuqaliya yığması Türkiyə millisindən bir az üstündür

Düşünürəm ki, Portuqaliya yığması keyfiyyət baxımından Türkiyə millisindən bir az üstündür...

Bunu "Report"a açıqlamasında "Səbail"in baş məşqçisi Şahin Diniyev Almaniyada təşkil olunan Avropa çempionatının F qrupunda bu gün keçiriləcək matçla bağlı danışarkən deyib.

57 yaşlı mütəxəssis hər iki yığmanın sərgilədiyi oyun və keyfiyyət baxımından orta səviyyəli komanda olduğunu söyləyib: "Onların göstərdiyi oyun Fransa, Almaniya və İspaniya ilə müqayisə oluna bilməz. Hətta Avstriya yığmasından da aşağı səviyyədədir. Amma nəzərə almaq lazımdır ki, AVRO-2024-də bir qarşılaşma keçiriblər. Hər kollektiv ilk görüşlərdə ehtiyatlı davranır. İkinci oyunlarda daha sürətli və keyfiyyətli oynamağa çalışırlar. Çünki birinci matçı uduzmamaq onlar üçün çox vacibdir. Buna görə Türkiyə və Portuqaliya yığmaları ilk görüşlərdə ehtiyatlı oldular".

Ş.Diniyev Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu haqqında da danışıb: "O, komandanın lideridir. Ancaq hazırda çox da təhlükəli deyil. Yığmanın orta xətti isə kifayət qədər güclüdür. Türkiyə seçməsi haqqında mənfi və ya müsbət nəsə demək çətindir. Gürcüstanla matçda müdafiədə çoxlu boşluqlar göründü. Hücumda da "dişsizlik" var. Sırf forvardla oynamırlar. Bu gün Türkiyə və Portuqaliyanın nəyə qadir olduğunu görəcəyik".

Qeyd edək ki, Türkiyə - Portuqaliya oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Əsəblərimi cilovlaya bilmədim, mənə qarşı haqsızlıq edildi" - Video, Yenilənib

Böyrək daşı nədən yaranır? - İndiyə qədər deyilənləri unudun...

İsraildən qalmaqallı açıqlama: Türkiyə NATO üzvü ola bilməz

Bakıda ən böyük restoran şəbəkələri kimlərə nəxsusdur? - Araşdırma

Ərdoğan: Zəngəzur dəhlizinin açılması sülh sazişini tamamlayacaq yekun addımdır

Oğuza babasıgilə qonaq gedən 2 yaşlı uşaq kanala düşərək ölüb

Türkiyə Rusiya və Ukrayna ilə taxıl dəhlizi ilə bağlı danışıqlar aparır

Ən çox oxunanalar