Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeddi yaşlı uşağın ölümündə təqsirləndirilən məşqçi təhsil müəssisəsinə necə cəlb olunub? - Foto

“Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında xəsarət alan və xəstəxanada vəfat edən yeddi yaşlı Fərid Bakarov məktəbli deyil”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib.

Məlumatda qeyd edilib ki, 29.04.2023-cü il tarixdə saat 17 radələrində “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin məşqçisi Xəlilov Mehman Mehran oğlu Sumqayıt şəhər 19 nömrəli tam orta məktəbin idman zalında sambo idman növü üzrə məşq keçən zaman 14.02.2016-cı il təvəllüdlü Bakarov Fərid Revas oğlu xəsarət alaraq dünyasını dəyişib:

“F.Bakarov məktəbli deyil. M.Xəlilov isə həmin məktəbin müəllimi deyil. 2022-ci ilin oktyabrından elm və təhsil nazirinin müavini Firudin Qurbanovun rəsmi məktubu əsasında ümumtəhsil müəssisələrində dərsdənkənar vaxtlarda məktəbdənkənar müəssisələrin fəaliyyətinə köməklik göstərilməsi ilə bağlı məktub daxil olmuşdu.

Bu məktubun, eləcə də “Təhsil” RİM-in direktoru Fuad Aslanovun imzası ilə 19 nömrəli məktəbə göndərilən məktubun əsasında həmin müəllim 19 nömrəli məktəbdə məşq keçib”.

“Qeyd olunan hadisəyə qədər belə bir fakt baş verməyib və onunla bağlı hər hansı şikayət olmayıb”, - deyə əlavə edilib.

Poliqon.info


Etiket: Məşqçi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan açıqlama  

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb

Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Ən çox oxunanalar