Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tacikistanın baş prokuroru Azərbaycanda səfərdə olub - Foto

Tacikistan baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb...

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Tacikistan Respublikasının Baş prokuroru Yusuf Raxmonun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.

Baş Prokurorluqdan verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib. Qonaqlar, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini anıblar.

Baş Prokurorluqda keçirilmiş ikitərəfli görüşdə Baş prokuror Kamran Əliyev tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini, dövlət başçılarının apardıqları uzaqgörən xarici siyasət nəticəsində ölkələrimiz arasında əlaqələrinin etibarlı əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və tərəfdaşlıq prinsipinə əsaslandığını vurğulayıb.

Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkəmizdə hüquq qaydasının möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması istiqamətində aparılan islahatlar barədə həmkarına məlumat verib.

Azərbaycan Respublikasının prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Tacikistan Respublikasının Baş prokuroru Yusuf Raxmon göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycan və Tacikistan prokurorluqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayaraq bu əlaqələrin gələcəkdə də inkişaf etdirilməsinin zəruriliyindən və perspektivlərindən danışıb.

Kamran Əliyev rəşadətli ordumuzun qələbə qazandığı 44 günlük Vətən müharibəsi dövründə dost Tacikistanın ölkəmizə mənəvi dəstəyinə görə təşəkkürünü bildirərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Qarabağda aparılan geniş quruculuq bərpa işləri haqda həmkarını məlumatlandırıb.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.
Bundan başqa, nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binasında prokurorluğun struktur qurumlarının rəhbərləri ilə görüş keçirib. Qonaqlara ölkəmizin prokurorluq orqanlarının fəaliyyəti haqda geniş məlumat verilib.

Nümayəndə heyəti həmçinin, Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən eksponatlar ilə tanış olub, onlara Mərkəzdə nümayiş olunan Salvador Dalinin əsərlərindən ibarət “Sürrealizm mənəm” və avtomobil kolleksiyası sərgisi barədə məlumat verilib.

Daha sonra qonaqlar “İçərişəhər” Muzey Mərkəzinin tərkibində fəaliyyət göstərən Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası, həmçinin UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş digər tarixi-memarlıq abidələri ilə tanış olublar.

Həmçinin, qonaqlar paytaxtımızda keçirilən “Formula-1” Azərbaycan Qran-prisini izləyiblər.

Tacikistan baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Erməniləri narahat edən və qorxudan xəritə - Foto

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Ən çox oxunanalar