Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Marketlərdə satılan ətlər təhlükəlidir?

"Bəzən supermarketlərdə ətlərin nisbətən bazardakından ucuz olduğunu müşahidə edirik".

Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi.

Onun sözlərinə görə, Azad İstehlakçılar Birliyinə gələn çoxsaylı məlumatları ümumiləşdirdikdə məlum olur ki, bəzən supermarketlərdə yaşlanmış, lakin sağlam heyvan əti satılır:

"Yaşlı heyvanların əti satılır, ona görə nisbətən ucuz olur. Lakin bu ətlər təhlükəsizdir. Çünki Qida Təhlükəsizliyi Agentliyi onlara nəzarət edir. Nazirlər Kabinetinin 94 saylı qərarına görə, ölkənin əmtəə bazarında satılan bütün mallar bükülməlidir, onun üzərində buraxılma tarixi, yararlıq müddəti olmalıdır, hansı fermadan gəldiyi göstərilməlidir və sair".

Ekspert təəssüflə qeyd etdi ki, çox vaxt ətlərin açıq satışına rast gəlinir.

"Bu da istehlakçıların hüququnun pozulması kimi qiymətləndirilə bilər. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələlərə də son qoyacaqdır. İstehlakçının hüququ var ki, ətin mənşəyi barədə sənədləri satıcıdan tələb etsin, satıcı isə onu göstərməyə borcludur. Problem olarsa, 1003 qaynar telefon xətlərinə məlumat vermələrini tövsiyə edirəm", - deyə E.Hüseynov bildirdi.(Redaktor.az)

Poliqon.info


Etiket: market ət qiymət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

​​​​​​​Azər Maqsudovun məhkəməsi davam etdirilib, qızı ifadə verib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay