Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alman naziri Çini qınadı, XİN başçısı cavab verə bilmədi - Video

Almaniyanın xarici işlər naziri Annalena Burbok Çini Rusiyanın işğalını birbaşa məsul tutmaq istəmədiyinə görə qınayıb...

"Çin Ukraynadakı müharibə iştirakçılarının heç birinə silah vermək niyyətində deyil".

Poliqon xəbər verir ki, bunu Çinin xarici işlər naziri Qin Gang almaniyalı həmkarı Annalena Burbok ilə birgə mətbuat konfransında deyib.

"Hərbi məhsulların ixracı ilə bağlı Çin ağlabatan və məsuliyyətli mövqe tutur. Çin münaqişənin müvafiq tərəflərinə silah tədarük etməyəcək, həmçinin qanun və qaydalara uyğun olaraq ikili təyinatlı malların ixracını idarə edəcək, onları nəzarətdə saxlayacaq", deyə XİN şefi bildirib.

Beləliklə, Qin Gang Rusiyaya silah tədarük planlarını açıq şəkildə inkar edən ən yüksək çinli məmuru olub. Bundan əlavə, nazir bir daha Pekinin münaqişənin sülh yolu ilə həllinə kömək etməyə hazır olduğunu bəyan edib.

Qin Gangdan sonra çıxış edən Almaniyanın xarici işlər naziri Annalena Burbok Çini Rusiyanın işğalını birbaşa məsul tutmaq istəmədiyinə görə qınayıb.

“Düzünü deməliyəm ki, görəsən niyə Çinin mövqeyində işğalçı Rusiyaya müharibəni dayandırmaq çağırışı daxil deyil?", deyə Annalena Burbok Çin Xarici İşlər Nazirliyinin rəhbərinin yanında dayanaraq deyib. Qarşı tərəf bu ifadəyə heç bir reaksiya verməyib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müharibəsi başlayandan bəri Çin münaqişədə neytrallığını bəyan edib və danışıqlar yolu ilə həll yolunu tapmağı təklif edir. Eyni zamanda, Pekin mülki obyektlərə və mülki şəxslərə zərbələrin qəbuledilməz olduğunu qeyd etsə də, hərbi işğal faktını heç vaxt pisləməyib.

Ötən il ərzində mətbuatda Çinin Rusiyaya silah tədarük etməyi planlaşdırdığı və ya artıq başladığı barədə xəbərlər yayılıb. Qərb rəsmiləri yalnız yanvar ayında Çinin Rusiyaya tədarükünün təhlükəsi barədə danışmışdılar.

Bu yaxınlarda sızan gizli Pentaqonun sənədləri göstərir ki, Çin artıq silah satışını təsdiqləyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar