Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Tacikistan dostluq münasibətləri əsrlərlə ölçülür

Azərbaycan və Tacikistanın dostluq münasibətləri əsrlərlə ölçülür və dərin köklərə söykənir...

Azərbaycan və Tacikistan dövlətləri arasında qurulan diplomatik əlaqələr ötən əsrin 90-cı illərinə təsadüf edir. Belə ki, hələ ötən əsrin 20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədi ilə Tacikistana yüzlərlə azərbaycanlı göndərilmişdir. Sovet dönəmində ümummilli liderimiz Heydər Əliyev Mərkəzi Komitədə işləyən vaxtı dəfələrlə Tacikistana kömək etmiş, orada bir sıra həyati problemlərin həll edilməsinə nail olmuşdur. 2008-ci ildə isə Azərbaycan Tacikistanda şaxtalı havalar ölkə iqtisadiyyatına ziyan vuranda bir milyon dollar məbləğində dost ölkəyə humanitar yardım etmişdir.
Ölkələr arasında hər zaman mədəni əlaqələr olub. Tacik oxucuları Nizami Gəncəvi, Məhəmməd Füzuli və bir çox Azərbaycan klassiklərini sevərək oxuyublar. Bu gün də Azərbaycanlı şair və yazıçıların əsərləri tacik dilinə böyük tirajla tərcümə edilir.

Bu il aprel ayının 5-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Tacikistan Respublikasına növbəti dəfə rəsmi səfər edib. Bu səfərlər şübhəsiz ki, iki dövlət arasında dostluq əlaqələrinin daha da inkişaf etməsinə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dost ölkə olan Tacikistan Respublikasına dövlət səfəri çərçivəsində qeyd edib ki, “O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Emoməli Rəhmon, həm də Ulu Öndər Heydər Əliyev, – hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün, nə mümkündürsə, etdilər və buna nail oldular”.

Şübhəsiz ki, əlaqələrin bugünkü səviyyədə qurulmasında hər iki dövlətlərin prezidentlərinin böyük rolu vardır.

İşgüzar görüş zamanı Azərbaycan və Tacikistan ticari-iqtisadi əməkdaşlıq, investisiya qoyuluşu, sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, energetika, elm və təhsil, mədəniyyət, turizm, bank sektoru, miqrasiya, əhalinin məşğulluğu, gənclər siyasəti və idman sahəsində əməkdaşlığı da genişləndirmək qərara alınıb.

Azərbaycan-Tacikistan dövlətləri arasında mədəni əlaqələrin qurulmasında atılan addımlar və bu sektorda görülən çoxşaxəli işlərin nəticəsi kimi Azərbaycanın Gəncə və Tacikistanın Düşənbə şəhərlərinin qardaş şəhərlər olması mühüm faktorlardan biridir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır“.

Adəm Babayev - Bakı Mühəndislik Universiteti, “YENİ Klub”un sədri

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar