Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnam Kərimov kollektivə təqdim olunub, vəzifəsinin icrasına başlayıb - Yenilənib

Ali Məhkəmənin yeni sədri İnam Kərimov kollektivə təqdim olunub, vəzifəsinin icrasına başlayıb...

Aprelin 5-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Ali Məhkəmənin sədri İnam Kərimovu kollektivə təqdim edib.

"Report" xəbər verir ki, Samir Nuriyev təqdimat mərasimində çıxış edərək müstəqil Azərbaycanın müasir məhkəmə sisteminin inkişafının ilk növbədə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Diqqətə çatdırıb ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hakimiyyətinin hakimiyyətlər bölgüsündə yerini, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtlərini müəyyən edib.

Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev hüquqi dövlət quruculuğu prosesini uğurla davam etdirərək məhkəmə-hüquq sistemində islahatları daha da dərinləşdirib. Qanunvericilik bazası təkmilləşdirilib, yeni regional məhkəmələr, o cümlədən kommersiya məhkəmələri və inzibati məhkəmələr təsis edilib, hakimlərin sayı artırılıb, onların sosial müdafiəsi gücləndirilib, məhkəmələrin maddi-texniki bazası müasirləşdirilib, bütün bu kompleks tədbirlər məhkəmələrin müstəqilliyini daha da möhkəmləndirib.

Samir Nuriyev Ali Məhkəmənin ədalət mühakiməsi institutlarının inkişaf etdirilməsi sahəsində fəaliyyətini bundan sonra daha da gücləndirəcəyinə, hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün bütün zəruri tədbirləri həyata keçirəcəyinə və hüququn aliliyinin təmin edilməsi istiqamətində öz səylərini əsirgəməyəcəyinə inandığını bildirib, bu işdə yeni təyin olunmuş sədrə və kollektivə uğurlar arzulayıb.

***

"Report"un məlumatına görə, yeni sədri kollektivə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 4-də İnam Kərimovun Ali Məhkəmənin sədri təyin olunması ilə bağlı sərəncam imzalayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Ən çox oxunanalar