Bu gün Manhetten dairəsinin prokuroru Alvin Braqqın ofisi ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı 34 ittihamı maddəlik ittiham irəlü sürəcək.
Poliqon xəbər verir ki, Yahoo News nəşrinin araşdırmasına görə Trampa qarşı irəli sürüləcək bütün ittihamlar cinayət təsnifatlıdır və bu maddələr sabiq prezidentin həbs edilmə ehtimalını artırır.
Portalın məlumatına görə, təsnifatın dəyişdirilməsi Trampın öz hərəkətləri ilə guya daha bir cinayəti gizlətməyə cəhd etməsi ilə bağlıdır.
“Donald Tramp çərşənbə axşamı həbs olunacaq və maliyyə sənədlərinin saxtalaşdırılmasına görə ona qarşı irəli sürülən 34 ağır cinayət ittihamı barədə məlumat veriləcək”, deyə mənbə bildirib.
Məlumata görə, bu ittihamlar əsasında Tramp 4 il müddətinə həbs edilə bilər. Bununla belə, Yahoo-nun mənbələri belə bir nəticəsinin mümkünlüyünə şübhə edir.
“Heç kim ilk dəfə qanunu pozaraq buna görə həbsxanaya düşmür”, deyə mənbə bildirib.
Trampa qarşı ittihamlarla bağlı təfərrüatlar hələlik məlum deyil, çünki müvafiq sənəd hələ də məxfi saxlanılır. Prokuror adətən məxfi saxlanılan maddələri ittiham irəli sürüldükdən sonra açıqlayır.
Portal qeyd edir ki, Trampa qarşı irəli sürülən cinayətin təsnifatı tipik deyil, çünki siyasətçinin ittiham oluna biləcəyi maliyyə fırıldaqları adətən həbslə bağlı deyil.
Trampın vəkili bir müddət əvvəl ABŞ-ın keçmiş rəhbərinin məhkəmədə günahsız olduğunu bəyan edəcəyini bildirib. Trampın özü də artıq prokuror Alvin Braqqı ittihamnaməni sızdırmaqda ittiham edib və onu özünə qarşı ittiham irəli sürməyə dəvət edib.
Poliqon.info