Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran XİN rəhbəri: “Cənubi Qafqazdakı məsələlər “3+3” platforması vasitəsilə həll edilməlidir”

“Cənubi Qafqazdakı məsələlər “3+3” platforması vasitəsilə həll edilməlidir”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər Tehranda “3+3” platformasının yeni görüşünün keçirilməsi imkanlarını müzakirə ediblər: “Bütün tərəflər siyasi alətlərdən istifadə etməlidir. Regionda iqtisadi imkanların çiçəklənməsi üçün dayanıqlı sülhə doğru getməliyik”.

Xatırladaq ki, “3+3” formatında (Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiyaİran) regional əməkdaşlıq platformasının yaradılması təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Ötən il dekabrın 10-da Moskvada “3+3” formatı çərçivəsində ilk iclas keçirilib. İclas Rusiya XİN rəhbərinin müavini Andrey Rudenko, Azərbaycan XİN başçısının müavini Xələf Xələfov, Türkiyəni xarici işlər nazirinin müavini Sədat Önal, Ermənistanın xarici işlər nazirinin müavini Vahe Gevorkyan və İranın Xarici İşlər Nazirliyinin Avrasiya üzrə Baş direktoru Əlirza Həqiqiyanın həmsədrliyi ilə keçirilib. Gürcüstan görüşdə iştirakdan imtina edib.

Poliqon.info


Etiket: İran XİN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar