Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur “Formula-1” pilotuna qarşı irqçilik edən dünya çempionu cərimələndi

Keçmiş idmançı britaniyalı Lyuis Hemiltonu təhqir etdiyinə görə təxminən bir milyon dollar cərimələnib...

Məşhur braziliyalı yarış avtomobilləri sürücüsü, üçqat “Formula-1” çempionu Nelson Pike ölkəsində irqçilik qalmaqalı ilə üzləşib.

Keçmiş idmançı britaniyalı Lyuis Hemiltonu təhqir etdiyinə görə təxminən bir milyon dollar cərimələnib.

Nelson keçən ilin payızında Braziliya mətbuatında Böyük Britaniya Qran-prisi ərəfəsində 7 qat dünya çempionu Hemilton barədə üç dəfə “neqr” sözündən istifadə edib. Onun müsahibəsi Braziliyada insan haqları birliklərinin narazılığına səbəb olub. Onlar məhkəmə yolu ilə keçmiş dünya çempionundan 10 milyon Braziliya realı (təxminən 1,9 milyon dollar - red.) tələb ediblər.

Daha sonra Pike Hemilton və sözləri ilə incitdiyi hər kəsdən açıq şəkildə üzr istəyib. O, istifadə etdiyi sözün irqçilik məzmunu daşımadığını, portuqal danışıq dilindəki “oğlan” və ya “kişi” sözünün sinonimi kimi istifadə etdiyini bildirib.
Braziliya məhkəməsi Pikenin üzrxahlığının kifayət etmədiyi qənaətinə gəlib və onu 5 milyon real (970 min dollar - red.) cərimələyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar