Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin kiçik qızının şirkətinin uğurlarından danışıb...

Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında Putin qızı Yekatrina Tixonovanın “İnnopraktika” şirkəti haqqında daha ətraflı məlumat verib...

Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti Aleksandr Şoxin təşkilatın qurultayında Vladimir Putinə kiçik qızı tərəfindən idarə olunan "İnnopraktika" şirkətinin uğurları barədə məlumat verib. Putin şirkətin fəaliyyətindən dən xəbərdar olduğunu bildirib.

Poliqon.info xəbər verir ki, bu barədə “Agentstvo” nəşri məlumat yayıb.

Şoxin bildirib ki, RSSİ ötən il idxalın əvəzlənməsi və texnoloji müstəqillik şurasını təsis edib, onun məqsədi digər məsələlərlə yanaşı, texnologiya şirkətlərini iri müştərilər, dövlət korporasiyaları, iri özəl şirkətlər və kiçik bizneslərlə əlaqələndirməkdir.

“Məlum oldu ki, ən inkişaf etmiş platformalardan biri “İnnopraktika”nın himayəsi altında mühəndislik mərkəzidir. Yəqin ki, bu barədə eşitmisiniz?”, deyə Şoxin Putindən soruşub.
“Bəli, bəli, əlbəttə”, deyə Putin cavab verib.

Şoxinin sözlərinə görə, “İnnopraktika” həqiqətən çox yaxşı inkişafa malikdir.

Daha sonra Putin “İnnopraktika” haqqında daha ətraflı danışıb.

“Bu, bir vaxtlar Moskva Dövlət Universitetinin rektorunun təşəbbüsü idi, mən də onu dəstəklədim. Artıq o vaxtlar bizim elm adamlarımızın və qabaqcıl işlərlə məşğul olan insanların imkanlarını biznesimizin və konkret müəssisələrimizin ehtiyacları ilə birləşdirmək barədə düşünmək vacib idi. “İnnopraktika”nın fəaliyyəti də məhz bundan ibarətdir.

Qeyd edək ki, “İnnopraktika” şirkətinə Vladimir Putinin kiçik qızı Katerina Tixonova rəhbərlik edir. O, həmçinin Şoxin tərəfindən danışılan idxalın əvəzlənməsi və texnoloji müstəqillik üzrə RSSİ koordinasiya şurasının həmsədri vəzifəsini daşıyır.

Nəşr vatırladır ki, ötən il “İnnopraktika” şirkətinin uğurları barədə Putinə Baş nazirin müavini Andrey Belousov məlumat verib. O, Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında “İnnopraktika”nın Rusiyada innovasiyaların tətbiqinə, o cümlədən startaplara və texnoloji şirkətlərə yardımına verdiyi töhfəni iki dəfə qeyd edib.

Poliqon.info

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar