Şənbə, 01 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya şirkəti Gədəbəydə mis zonası aşkarlayıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." Gədəbəydə yerləşən Xarxar yatağında əhəmiyyətli mis minerallaşması aşkarlayıb...

Bu barədə "APA-Economics"ə daxil olan məlumatda bildirilib. Qeyd edilib ki, minerallaşmanın ilkin kəşfiyyat modeli hazırlanıb. Hazırda geoloji blok modeli və açıq mədən işinin tədqiqi hazırlanır və yaxın həftələrdə dərc olunacaq.

“Anglo Asian” şirkəti “AzerGold” QSC-dən əldə edilmiş məlumatların və daxili geoloji sahə işlərinin dərindən nəzərdən keçirilməsi və yoxlanılması yolu ilə “Xarxar” faydalı qazıntı yatağında əhəmiyyətli minerallaşma aşkar edib. “AzerGold” QSC “Xarxar”da ümumi uzunluğu 4 923 metr olan 15 özülü qazma quyusu qazıb. Qazma quyularından üçü (ümumi 1140 metr) “AzerGold” QSC tərəfindən nümunə götürülüb və sınaqdan keçirilib. Geoloji əsas karotajı, nümunələrin götürülməsi və qalan qazma nüvəsinin təhlili “Anglo Asian” tərəfindən aparılıb. Şirkət həmçinin “AzerGold” QSC-dən əldə etdiyi geokimyəvi və geofiziki məlumatları, xəritələr və şərhedici hesabatları özündə əks etdirən digər məlumatları da nəzərdən keçirdiyini bildirir.

“Şirkət satın alındıqdan dərhal sonra “Xarxar”da əsas qazma proqramına başlayıb. O, həmçinin portal inşa edib və filiz gövdəsinə doğru kəşfiyyat tuneli hazırlayır”- deyə, açıqlamada deyilir.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir.

Poliqon.info


Etiket: Gədəbəy mis


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Trampın məhkum olaraq qalib gəlməsi ABŞ-da böyük bir konstitutsiya böhranı yaradacaq....

Cənab İlham Əliyevə cinayət barədə – Açıq müraciət

Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq: Sonra da viski içib, domino oynadılar...

Bayden İsrailin HƏMAS-a etdiyi təklifinin təfərrüatlarını açıqlayıb

Çox uğurlu 10 gün başladı: Pul da var, eşq də...

Ən çox oxunanalar