Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya kəşfiyyatı Belarus aerodromundakı partlayışları dəyərləndirib

Britaniya kəşfiyyatı Belarusun Maçulişçi aerodromunda A-50 təyyarəsinin zədələnməsinin Rusiya üçün nəticələrindən bəhs edib…

Belarusun Maçulişçi aerodromunda Rusiyanın A-50 təyyarəsinin zədələnməsi Rusiyanın hava əməliyyatlarının məhdudlaşdırılmasına səbəb olacaq.

Poliqon.info xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının hesabatında bildirilir.

Böyük Britaniyanın Müdafiə Nazirliyi Kəşfiyyat Xidməti bildirir ki, 26 fevral 2023-cü ildə mühacirətdəki müxalifət liderləri və Belarus partizan qrupu BYPOL xəbər verib ki, Maçulişçi aviabazasına pilotsuz uçuş aparatının hücumu nəticəsində Rusiyanın A-50 təyyarəsinə zərbə endirilib. Belarus partizanları bildirib ki, onların həyata keçirdiyi əməliyyat nəticəsində iki partlayış baş verib və A-50 təyyarəsi ön və orta hissəsinə, eləcə də radar antenasına ziyan vurulub. Mütəxəssislərin fikrincə təyyarədən istifadə eləmək mümkünsüz hala gəlib.

Qeyd edək ki, A-50 Rusiyanın havadan erkən hədəf müəyyənləşdirmə və nəzarət təyyarəsidir. Onun rolu müəyyən edilmiş hədəfləri görüntüləmək və koordinasiyanı təmin etməkdir.

“Gələcək döyüçlərdə A-50 təyyarəsinin itirilməsi böyük əhəmiyyət kəsb edəcək, çünki o, Rusiyanın hava əməliyyatlarında mühüm rol oynayırdı”, deyə Britaniya kəşfiyyatı bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar