Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masallıda ayrı-ayrı ünvanlardan oğurluq edən 4 nəfər saxlanılıb

Masallı RPŞ-də araşdırma aparılır...

Masallıda ayrı-ayrı ünvanlardan oğurluq edən 4 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazalardan birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri M.Əsgərov və E.Şahverdiyev gecə saatlarında həmin mağazaya daxil olaraq oradan 590 manat nağd pul, 821 manat dəyərində tütün məmulatları və danışıq kartları oğurlayıblar. Oğurlanan əşyaların bir qismi onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri ilə tanışına məxsus yaşayış evinə gizli yolla daxil olaraq oradan ümumilikdə 2000 manata yaxın dəyəri olan məişət əşyaları və motosiklet ehtiyat hissələrini oğurlayan Masallı rayon sakini Q.Əhmədov müəyyən edilərək saxlanılıb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri ərazisində elektrik lampalarının işıqlandırılması üçün çəkilmiş 1000 manat dəyərində mis elektrik naqillərini oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun Masallı rayon sakini Ü.Hüseynov olduğu müəyyən edilib.

Faktlarla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

AMB: Daşınmaz əmlakın icbari sığortası ilə bağlı iş aparılır

DTX-nın hərbi qulluqçularının maaşlarının məbləğlərində dəyişiklik edilib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Xalq artisti Bəsti Cəfərova: 19 yaşında gözəl idim, sevirdiniz, yaşlanmışam deyə atmalısınız? 

Bakıda məktəbdə partlayış - xəsarət alan var - Yenilənib

Ən çox oxunanalar