Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hatayda yerləşən Koordinasiya Mərkəzində toplantı keçirilib

Bu barədə Poliqon.info-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildiirlib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin bir qrupu bu gün Hatay bölgəsinə göndərilib.

Bu çərçivədə, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Hatayda yerləşən Fövqəladə hallar üzrə Koordinasiya Mərkəzində Türkiyənin daxili işlər naziri Süleyman Soylunun iştirakı ilə keçirilən toplantıya qoşulub. Toplantıda zəlzədən ciddi ziyan çəkmiş Hatay bölgəsində mövcud vəziyyət, görüləcək işlər, o cümlədən Azərbaycan FHN-in xilasetmə qüvvələri tərəfindən bölgədə aparılacaq axtarış-xilasetmə əməliyyatlarının istiqamətləri müzakirə olunub, müvafiq qərarlar qəbul olunub.

Bundan əlavə, Türkiyə daxili işlər nazirinin müavini, Hatay Fövqəladə hallar üzrə Koordinasiya Mərkəzinin rəhbəri İsmayıl Çataklı ilə keçirilən təkbətək görüşdə FHN qüvvələrinin axtarış-xilasetmə əməliyyatları və atılacaq sonrakı addımlar geniş müzakirə edilib.

Türkiyəli rəsmilər göstərilən dəstəyə və yardıma görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan xalqına təşəkkürlərini bildiriblər.

poliqon.info


Etiket: FHN Hatay


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar