Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski Britaniya və Aİ turunda daha çevik hərbi dəstək almaq məqsədinə nail olacaq?..

Qərb dəstəyinin bir qədər ləng həyara keçirilməsi yaxın aylarda Ukraynaya nə vəd edir?

Siyasi-şərhçi: “Zelenskinin bu səfərində əsas məqsəd Ukraynaya yardımların sayını çoxalmaqdan ibarətdir”.

“Daha əvvəl Qərb Rusiyadan enerji daşıyıcılarından asılılığı görə Ukraynayaya dəstəkdə lazımı olan qədər çevik davrana bilmirdilər. Amma hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi və eyni zamanda enerji məhsulları ilə bağlı Qərblə Rusiya arasındakı siyasi,-iqtisadi ayrılıq kulminasiya nöqtəsinə çatıb”.

Bu sözləri siyasi-şərhçi Tural İsmayılov Ukrayna prezidenti Vladimir Zelenskinin səfərlərini Poliqon-a şərh edərkən qeyd edib.

Prezident Zelenski Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ikinci rəsmi səfərini Böyük Britaniyaya (BB) etdi. O Britaniyanın Baş naziri Rişi Sunakla görüşdü və danışıqlar apardı. Daha sonra Zelenski Londondan Parisə getdi, orada Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla görüşdü. Brüsseldə keçirilən zirvə toplantısında Zelenskinin Avropa İttifaqının (Aİ) digər iderləri ilə görüşəcəyi gözlənilir.

Dizqqət çəkən məsələslərdən bir isə Qərbin Zelenskiyə verdiyi hərbi dəstəyin ləng olmasıdır. Xüsusilə artıq mart ayında Ukraynaya lazım olan ağır texnikanın verilməsinin aylarla uzanacağını nəzərə alarsaq. bu cəbhədə Ukraynanın ağır vəziyyətə düşməsinə səbəbə ola bilər.

Bəs Zelenski Britaniya və Aİ turunda məqsədinə nail olacaqmı? Hər şeydən əvvəl Qərb dəstəyinin bir qədər ləng həyara keçirilməsi yaxın aylarda Ukraynaya nə vəd edir?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “Bu gün ABŞ-ın həm maddi, həm də hərbi yardımları Zelenskini qane etsə də, Avropa daxilində Ukraynaya dəstəklə bağlı müəyyən hərc-mərclik və fikir ayrılıqları onu əsla qane etmir”.

Rusiya ilə körpüləri yandırmaq Avropa İttifaqının əsas siyasi xətlərindən birinə çevrildiyini vurğulayan siyasi-şərhçi qeyd edib ki, bu baxımdan Zelenskinin bu səfərindən sonra Qərbin dəstəyinin daha da çevik və operativ olacağını düşünür:

“Böyük Britaniyanın dəstəyi aramsız formada davam edir. Britaniyada baş nazir dəyişsə də, orada oturuşmuş bir anqlo-sakson sistem var. Bu siyasi sistemin əsas strategiyalarından biri Ukraynanı hazırkı müharibədə sona qədər dəstəkləməkdir.

Ukrayna prezidenti Vladimir Zelenskinin Qərb səfəri ölkəsinə yeni yardım paketlərinin açıqlanmasından həmən sonra baş verib. Nəzərə almaq lazımdır ki, uzun müzakirələrdən sonra ABŞ “Patriot” sistemlərinin Ukraynaya ixracına razılıq verib. Eyni zamanda Almaniyada da Ukraynaya müdafiə sənayesi məhsullarının ixracı məsələsində razılıq əldə olunub. Daha əvvəl Rusiyadan enerji asılılığını görə bu məsələdə müəyyən qədər konservativ mövqe tutan Almaniya kansleri Olaf Şolts, ABŞ prezidenti Co Baydenin Patriotlarla bağlı qərarından sonra daha cəsarətli addımlar atır.

Tural İsmayılov: “Zelenskinin bu səfərindən sonra Qərbin dəstəyinin daha da çevik və operativ olacağını düşünürəm”.

İstənilən halda Zelenskinin bu səfərində əsas məqsəd Ukraynaya yardımların sayını çoxalmaqdan ibarətdir. Bu gün ABŞ-ın həm maddi, həm də hərbi yardımları Zelenskini qane etsə də, Ukraynaya hərbi dəstəklə bağlı Avropa daxilində müəyyən hərc-mərclik və fikir ayrılıqları onu əsla qane etmir. Buna görə də hesab edirəm ki, Zelenskinin bu səfərində əsas məqsəd bu fikir ayrılıqlarını sonlandırmaq və Ukraynaya dəstəklə bağlı Avropa İttifaqına daha çox təzyiq göstərmək xarakteri daşıyır.

Düzdür, daha əvvəl Qərb Rusiyadan enerji daşıyıcılarından asılılığı görə Ukraynayaya dəstəkdə lazımı olan qədər çevik davrana bilmirdilər. Amma hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi və eyni zamanda enerji məhsulları ilə bağlı Qərblə Rusiya arasındakı siyasi-iqtisadi ayrılıqlar kulminasiya nöqtəsinə çatıb. Bundan sonra Rusiya ilə körpüləri yandırmaq Avropa İttifaqının əsas siyasi xətlərindən birinə çevrilib. Bu baxımdan Zelenskinin bu səfərindən sonra Qərbin dəstəyinin daha da çevik və operativ olacağını düşünürəm”.

Nərminə UMUDLU
poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Ən çox oxunanalar