Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Moskva Arutunyan və Vardanyana təlimatlar verdi” - Hafiz Hacıyev

Sepratçılarının liderləri Araik Arutunyan və Ruben Vardanyanın Moskvada olmaları iddiası...

Müasir Müsavat Partiyasının sədri: “Araik Arutunyan və Ruben Vardanyanın Moskvada olması Rusiyanın oyunudur. Onlar bu oyunu öz ssenariləri üzərindən oynayırlar”.

“Rus sülhməramlılarının bu addımları seperatizmə dəstəkdir. Onların məqsədi seperatizmi Azərbaycanda yaymaqdır”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sepratçılarının liderləri Araik Arutunyan və Ruben Vardanyanın Moskvada olmaqları iddiasını PİA.az-a şərh edərkən qeyd edib.

Erməni mətbuatının yazdığına görə sepratçılarının liderləri Araik Arutunyan və Ruben Vardanyan Moskvada olublar və separatizmin gələcəyini müzakirə ediblər. Hətta iddia olunur ki, Vardanyan hələ də Moskvadadır. Aydındır ki, onları rus sülhmərəmlıları Qarabağdan çıxarıb.

Rusiyanın bu davranışlarını və separatçılarla əlaqələrini necə dəyərləndirmək olar və bu kimi addımlar birbaşa separatizmə dəstək deyilmi?

Rus sülhməramlılarının növbəti özbaşına addımını Poliqon-un əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Onlar Qarabağa qayıdandan sonra Moskvanın təlimatlarını yerinə yetirəcəklər”.

Heç bir zaman rusların Azərbaycana dost olmadığını vurğulayan partiya sədri bildirib ki, rəsmi Bakı hər bir halda ehtiyatlı olmalıdır:

Rusiyanın işğalçı ordusunun bizim ərazilərimizdə olması Azərbaycanın müstəqilliyinə zərbədir. Rus sülhməramlıları ermənilərlə iş birliklərinin olmadığını deyirlər. Amma onların yalan danışdığı və atdıqları addımları göz önündədir. Erməniləri Qarabağda və Xankəndidə rus sülhməramlıları saxlayır. Buna görə də bizim Laçın yolunda onların maşınlarını saymağımıza ehtiyac yoxdur. Əsas olaraq oradan keçən maşınları saymaq deyil, həmin maşınların içində nələrin aparılmasıdır.

Biz dəfələrlə bu məsələləri qaldırmışıq. Necə olur ki, Araik Arutunyan beynəlxalq axtarışda ola-ola, gözümüzün qarşısında bizim torpaqlarımızda yaşayır. Rusiyanın Araiki aparıb Moskvada ona təlimatlar verməsi, birbaşa Azərbaycana olan təhqirdir. Eyni zamanda Azərbaycanın müstəqilliyinə qarşı olan böyük bir basqıdır. Buna görə də təcili olaraq Azərbaycan torpaqlarından Rusiyanın işğalçı ordusu çıxarılmalıdır. Əgər rus işğalçı ordusu torpaqlarımızdan çıxarılmasa, onlar bizi bundan da pis günə qoyacaqlar.

Araik Arutunyan və Ruben Vardanyanın Moskvada olması Rusiyanın oyunudur. Onlar bu oyunu öz ssenariləri üzərindən oynayırlar. Nə qədər ki, Azərbaycan qəti qərar verib rus ordusunu torpaqlarımızdan çıxarmayıb, bizim günümüz heç də yaxşı olmayacaq. Moskva Araik Arutunyan və Ruben Vardanyana təlimatlar verdi. Onlar da Qarabağa qayıdandan sonra Moskvanın təlimatlarını yerinə yetirəcəklər.

Hafiz Hacıyev: “Rusiyanın Araiki aparıb Moskvada ona təlimatlar verməsi, birbaşa Azərbaycana olan təhqirdir”.

Rus sülhməramlılarının bu addımları seperatizmə dəstəkdir. Onların məqsədi seperatizmi Azərbaycanda yaymaqdır. Buna görə də rus sülhməramlıları seperatizmi gücləndirilər. Bildiyimiz kimi Ermənistan ərazisinə Avropadan mülki missiya gəlib və onları da rus sülhməramlıları qəbul etmir. Qarabağda çox qorxulu oyunlar gedir. Amma hamısını deyə bilmirik. Azərbaycan hər bir işdə ayıq olmalıdır. Heç bir zaman ruslar Azərbaycana dost olmayıb və olmayacaq da. Düşünürəm ki, mart, aprel ayında bizi heç də xoş hadisələr gözləmir. Hər bir halda ehtiyatlı olmalıyıq.

Kim özün aldadır qoy aldatsın. Onsuz da biz Azərbaycanda özümüz-özümüzü aldatmaqla məşğuluq. Qərbi Azərbaycan İcmasının başına bir məşədi ibad qoyulub. O da axşama qədər onunla, bununla şəkil çəkdirir. Ayrılan pulları silib, yeyirlər. Ölkədə ciddi işlərlə məşğul olanlara ironiya ilə yanaşırıq, amma qeyri-ciddi işlərlə məşğul olanları bəh-bəhlə dəstəkləyirik”.

Nərminə UMUDLU
poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

"Eagle Partner 2024" təlimi: Azərbaycan, Rusiya və İran hədəfdə

Mehriban Əliyeva parataekvondoçu Sabir Zeynalovu təbrik edib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Ən çox oxunanalar