Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AMB bankların dollara tələbinin azalmasının səbəbini açıqlayıb 

Azərbaycan Mərkəzi Bankı (AMB) bankların valyuta hərraclarında dollara tələbinin azalmasının səbəbini açıqlayıb...

"APA-Economics"in sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildirilib ki, əlverişli beynəlxalq konyunktur və qeyri-neft ixracı potensialının artması şəraitində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabında iri həcmli profisit yaranıb. Rəsmi statistikaya görə, tədiyə balansının cari əməliyyatlar hesabının əsas elementi olan xarici ticarət balansının profisiti 2022-ci ildə ötən illə müqayisədə 2.2 dəfə artaraq 23.6 mlrd. ABŞ dollarına çatıb. Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artması və valyuta bazarında təklifin genişlənməsilə müşayiət olunur. Mühüm məqamlardan biri odur ki, qeyri-neft sektoru üzrə ixracın həcmi 2022-ci ildə 12.3% artaraq 3 mlrd. ABŞ dollarına yüksəlib. Qeyd olunan məqamlar Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin satışı üzrə təşkil olunan valyuta hərraclarındakı tələb-təklif nisbətində də özünü göstərir. "Məhz bu amillər cari ilin 24 və 26 yanvar tarixlərində keçirilən valyuta hərraclarında valyuta alışı üzrə sifarişlərin verilməməsinin fundamental səbəbləri kimi çıxış edib" - deyə Mərkəzi Bankın açıqlamasında bildirilib.

Qeyd edək ki, bu il yanvarın 19-da keçirilən valyuta hərracında banklar cəmi 1,5 milyon dollar cəlb edib, 24 və 26 yanvar tarixlərində keçirilən valyuta hərraclarında isə heç bir sifariş verilməyib. Bu isə son illər ərzində qeydə alınan ilk belə faktdır.

pia.az


Etiket: amb


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Ən çox oxunanalar