Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail ABŞ-ın Ukraynaya silah vermək istəyini bir daha rədd edib

İsrail ABŞ-ın Hawk hava hücumundan müdafiəsini Ukraynaya göndərmək tələbini rədd edib…

ABŞ prezident administrasiyası İsraildən Ukraynaya istismardan çıxarılan “Hawk” hava hücumundan müdafiə sistemlərini verməyi xahiş edib.

PİA.az xəbər verir ki, bu barədə İsrail hökumətindəki mənbəyə istinadən Axios qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, İsrail hakimiyyəti bu tələbi rədd edib.

Mənbənin məlumatına görə, İsrail Müdafiə Nazirliyinin siyasət rəhbəri Dror Şalom amerikalı həmkarlarına deyib ki, İsrailin siyasəti Ukraynaya hər hansı silah tədarük etməyə imkan vermir.

Qeyd edək ki, İsrail 1960-cı illərdə Misir və Suriyanın hava hücumlarından müdafiə üçün ABŞ-dan Hawk hava hücumundan müdafiə sistemləri alıb. İsrail Ordusu bu sistemləri 2010-cu illərdə istismardan çıxararaq, onları Patriot, Dəmir Qübbə və Ok sistemləri ilə əvəz edib. ABŞ rəsmisi bildirib ki, bu sistemlərlə bağlı sorğular təkcə İsrailə deyil, digər ölkələrə də göndərilib.

2022-ci ilin fevralından Ukrayna hakimiyyəti İsraildən “Dəmir günbəz” hava hücumundan müdafiə sistemləri istəyir. 2022-ci ilin oktyabrında İsrailin müdafiə naziri Benni Qantz ölkəsinin Ukraynaya silah satmayacağını bildirib. Onun sözlərinə görə, İsrail silah əvəzinə tibbi və humanitar yardım göstərir.

Daha əvvəl “Axios” qəzeti mənbələrə istinadən yazıb ki, İsrail Rusiyanın Suriyadakı maraqlarına zərər vuracağından ehtiyat etdiyi üçün Ukraynaya silah vermir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Ən çox oxunanalar