Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Macarıstan mediasından iddia: Zelenski macar azlıqları qırdırır...

Macarıstan mətbuatı Ukrayna müharibəsini “qaşımağa” başlayıb və belə təəssurt yaranır ki, bu anti-təbliğatın arxasında Rusiya dayanır…

Macarıstan mediası iddia edir ki, Ukrayna ölkədəki macar azlığını zorla hərbi xidmətə cəlb edərək döyüşə göndərir. Rusiya social media fenomenləri də bu xəbərlərdən istifadə edərək ictimai rəy yaratmağa çalışırırlar.

PİA.az xəbər verir ki, Türkiyənin Odatv nəşri Ukrayna ətrafında dönən informasiya və təbliğat müharibələrindəki son inkişaf mərhələsini təhlil edib.

Nəşr yazır ki, fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsindən sonra Macarıstan və Ukrayna dəfələrlə üz-üzə gəlib. Müzakirələr Macarıstanın Ukraynaya silah göndərməkdən imtina etməsi ilə başlayıb. Daha sonra Viktor Orban ötən il aprelin 3-də keçirilən seçkilərə Corc Soros və Ukrayna prezidenti Vladimir Zelenskinin müdaxilə etdiyini iddia edərək, “Biz Soros və Zelenskini məğlub etdik” deməsi olub.

Ukrayna 2022-ci ilin mayında Macarıstana qarşı “Macarıstan Rusiya işğalından sonra Ukraynanın qərbindəki torpaqlara çökmək istəyirdi. Onların belə bir istəyi var idi”, iddiası ilə çıxış etmişdi. Dekabrda isə Ukrayna Xarici İşlər Nazirliyi Macarıstanın baş naziri Viktor Orbanı “Rusiya ilə əməkdaşlıqda” ittiham etmişdi.

Bu dəfə iki ölkə arasında böhranı qızışdıran çıxış millətçi macar mətbuatından gəldi. “Metropol”, “Karpathir”, “Pesti Sracok” və “Mandiner” xəbər saytları Ukraynanın ölkənin qərb bölgəsindəki Zakarpatya vilayətindəki macar azlığını zorla öz sıralarına cəlb edərək, cəbhə xəttində ölümə göndərdiyini iddia edib.

İddia: Etnik təmizləmə

“Pesti Sracok” qəzetinin müxbiri Angela Füssi Ukraynanın qərbində yerləşən Zakarpatya vilayətində olub. Zakarpatyada müşahidələrini yazan Anjela Füssi diqqəti çəkən iddialar irəli sürüb: “Macar kişilər zorla orduya cəlb edilir, müqavimət göstərənlər döyülür və cəbhəyə ölümə göndərilir”.

Bölgədəki idarəçiliyi “diktatura” kimi təqdim edən “Pesti Sracok” qəzeti “Ukrayna buranı dəmir yumruqla idarə edir. Belə davam edərsə, macarlar ya öləcək, ya da bölgəni tərk etməli olacaqlar. Macarlar qalmayacaq. Vəziyyət çox pisdir”, deyə qəzet yazıb.

Macarıstanlı tələbələrin bölgədəki universitetlərə qəbul edilmədiyini və etnik ayrı-seçkiliklə üzləşdiklərini iddia edən Angela Füssi Ukrayna hökumətini macarlara qarşı etnik təmizləmə aparmaqda ittiham edib.

“Minlərlə cəsəd qatarlard “gözləyir”

“Metropol” qəzeti isə Zakarpatya bölgəsində minlərlə macar əsilli Ukrayna əsgərinin cəsədinin soyuducu vaqonlarında saxlanıldığını və cəsədlərinin ailələrinə verilmədiyini iddia edib.

On min insan müharibəyə cəıb edilib

İndiyə qədər 155 min əhalisi olan macar azlığından 10 min adamın savaşa aparıldığını iddia edən Macarıstan mətbuatı yazır: “Minlərlə macar əsgər öldü. Hətta 16 yaşlı gəncləri də müharibəyə aparırlar. Onların əsgərliyə getməmək şansı yoxdur. Polis əməkdaşları müqavimət göstərən macar gəncləri ordu sıralarına cəlb edərək cəbhəyə göndərirlər. Macarıstan əsilli əsgərlər bütün cəbhələrə göndərilir, bir-birindən uzaql saxlanılır, döyüşlərdə ağır itkilər verirlər”.

Zakarpatya brıqadasında ağır itkilər var

Ukrayna Silahlı Qüvvələrinin 128-ci Dağ Komando Briqadası Zakarpatya vilayətində yaradılıb.

Ukraynanın ən ağır itki verdiyi Soledar və Baxmut döyüşlərində iştirak edən Zakarpatya briqadası üçün Macarıstan mətbuatının iddiası belə olub: “Birliyin macar əsgərləri ön cəbhədə yer alır və ağır itkilər verirlər”.

Rusiya mənbələri Ukraynanın 128-ci Dağ Komando Briqadasının Soledar döyüşündə 2000 əsgərini itirdiyini və “cəsədlərin dağ kimi yığıldığını” iddia edib.

Sosial mediyada səs-küy yaradılır, rus trolllar müzakirələrə qoşulur

Xəbərin altına yazılan şərhlərdə macar sosial şəbəkə istifadəçiləri “Ukraynanın bizdən oğurladığı torpaqları geri alaq, bu soyqırımdır”, sözləri ilə separatist çağırış ediblər.

Rusiya sosial media fenomenləri bu xəbərləri Twitter və Telegram-da paylaşaraq ingilisdilli macar sosial media istifadəçilərinə çatdırması diqqət çəkib.

Rusiyalı trollar bu iddiaları paylaşaraq “Ukrayna macar azlığına qarşı soyqırım törədir”, yazırlar. Macarıstan ictimaiyyəti sosial şəbəkələrdə Macarıstan hökumətini vəziyyətə müdaxilə etməyə çağırıb.

Müşahidəçilər bildirir ki, informasiya müharibələrinin pik həddə olduğu Ukraynada baş verən bu inkişaf Rusiyanın təbliğat məhsulu ola bilər.

Qeyd edək ki, əvvəllər Ukrayna tərəfi də analoji təbliğat müharibəsi apararaq, Rusiyanın azlıqları orduya çağırdığını, onları ölümə göndərməklə soyqırım törətdiyini iddia edirdi.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Erməniləri narahat edən və qorxudan xəritə - Foto

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Ermənistan XİN: “Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır”    

Ən çox oxunanalar