Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya hərbi xidməti təşviq etmək üçün Ukraynada müharibəni seksuallaşdırır...

Rusiya hərbi formada, silahlı cazibədar gənc qadınları əks etdirən motivasiyaedici hərbi video yayımlayıb...

Əsgər toplamaq üçün çarəsiz qalan Rusiya ordusu hərbi forma geyinmiş gənc cazibədar qızların silah yelləyərək Ukraynadakı müharibəyə seksual görüntü verən cəlbedici videoçarxları yaymaqla getdikcə daha çox qəribələşir.

PİA.az xəbər verir ki, bu iddialarla Böyük Birtaniyanın “Star” media qurumu çıxış edib.

Ukraynadakı müharibə rusların işğalı zamanı təxminən 115.000 əsgər itirib və təbii ki, bu, ürəkaçan və cəlbedici deyil. Ruslar da belə videolarla daim şəkli dəyişdirməyə çalışır və görünür, bu dəfə müharibəni seksuallaşdırmağa cəhd edib.

“Kyiv Post”un jurnalisti Ceyson Cey Smart UNIAN-ın yeni xidmətinə istinadən yazır ki, rusları hərbi xidmətə cəlb etmək üçün motivasiyaedici video belə görünür:

Jurnalist əlavə edib ki, “etnik azlıqlara və qadınların seksuallaşmasına vurğu onların diqqətini çəkir. Rusiya daha çox “top yemi” (savaş üçün əsgər (Şekspirə məxsus ifadədir) – red.) tapmaq üçün ümidsizdir”.

Alman “Deutsche Welle” nəşri keçən həftə Ukrayna rəsmilərinin və rusiyalı ekspertlərin Rusiyanın ikinci səfərbərlik dalğasına hazırlaşdığını proqnozlaşdırdığını bildirmişdi. Belə çıxır ki, Smartın etnik azlıqların hərbi xidmətə cəlb olunmasına diqqət yetirildiyi barədə qiymətləndirməsi əsassız deyil.

Rusiya etnik azlıqları “top yemi” kimi istifadə edir

Ötən ilin sentyabrında “Novara Media” saytı xəbər vermişdi ki, Rusiya Ukraynada etnik azlıqlardan “top yemi” kimi istifadə edir. Hesabat əvvəlki hərbi təcrübəyə malik 300.000 rusiyalının qismən səfərbər olunmasından sonra hazırlanıb. “Novara” bildirib ki: “kasıb icmalardan olan etnik azlıqlar işə hərbi kadr ehtiyatında həddindən artıq çox təmsil olunur”.

Rusiyadan gələn qeyri-rəsmi məlumatlarda deyilir ki, uzaq rayonlarda, etnik azlıqlara mənsub olan kişilər Ukraynaya döyüşə göndərilməkdən yayınmaq üçün ya meşələrdə gizlənir, imkanı olanlar isə ölkədən qaçır.

Aylıq minimal qazanc MoskvaSankt-Peterburqa nisbədən 3 dəfə az olan Rusiya muxtar respublikası Buryatiyada kişiləri orduya cəlb etmək üçün olnlara sabit maaş almaq “şansı” verilib.

“Müharibədən əvvəl ordu onlar üçün pul qazanmaq və ipotekanı idarə etmək üçün yaxşı bir yol idi”, deyə bölgədən olan Azad Rusiya Fondunun prezidenti Natalia Arno bildirib.

Eyni zamanda, bu ərazidən olan kişilər və digər oxşar bölgələrdən olanlar əmindirlər ki, onları ölümə zəngin şəhərlərin sakinlərini qıcıqlandırmamaq üçün göndərirlər.

Rusiya asiyalıları” təşkilatının qurucusu Vasili Metnov 2020-ci il səfərbərliyi zamanı “Bu insanlar daha az qorunur”, deyə bəyanat vermişdi və ayrı-seçkiliyə etiraz edərək bildirmişdi: “Əgər onlar moskvalıları da səfərbər etməyə başlasaydılar, hamı bu barədə eşidərdi”.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

Ən çox oxunanalar