Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Problemli kreditlərin yenidən artacağı istisna deyil” - Əkrəm Həsənov

Banklarla əhali arasında məhkəmə çəkişmələri keçən il rekord həddə çatıb...

Bank üzrə mütəxəssis: “Hər bir halda Azərbaycan kimi balaca ölkə üçün problemli kreditlərin həcmi çoxdur”.

“Bu il orta səviyyəli və kiçik banklar üçün problemli kreditlər çox ağır ola bilər. Çünki onların vəsaitləri qayıtmır. Bu da onların maliyyə vəziyyətlərinə pis təsir edə bilər”.

Bu sözləri bank üzrə mütəxəssis Əkrəm Həsənov problemli kreditlərin həcmini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda banklarla əhali arasında məhkəmə çəkişmələri keçən il rekord həddə çatıb. Bu ildə məhkəmə çəkişmələrinin artacağı gözlənilir. Digər tərəfdən Mərkəzi Bankın yaydığı məlumatlarda problemli kreditlərin azaldığı qeyd olunur.

Müştəriləri ilə banklar arasında məhkəmə çəkişmələrinin artmasını nəylə əlaqələndirmək olar və hazırda Azərbaycan banklarının problemli kreditlərlə bağlı vəziyyətini necə dəyərləndirmək olar?

Bankların problemli kreditlər məsələsini PİA.az-ın əməkdaşı bank üzrə mütəxəssis Əkrəm Həsənov ilə müzakirə edib.

Əkrəm Həsənov: “Tək əhalinin deyil, sahibkarların da problemli kreditləri çoxdur. Amma əvvəlki illərə baxanda problemli kreditlərin azaldığını demək olar”.

Problemli kreditlərin yenidən artacağıni istisna etməyən mütəxəssis PİA.az-a bildirib ki, qiymət artımı və digər sosial problemlər vətəndaşlara kreditlərin qaytarılmasında problemlər yaradır:

“Mən vəkil kimi deyə bilərəm ki, mənə və həmkarlarıma problemli kreditlərlə bağlı müraciətlərin sayı azalıb. Xatırladım ki, ötən ayı sonu Mərkəzi Bankın sədri ilə ölkənin aparıcı iqtisadçı-ekspertinin görüşü oldu. Mən də bu görüşdə iştirak etdim. Mən orada bu sualı qaldırdım ki, Mərkəzi Bank problemli kreditlərin həcminin azalmasını deyir, bu kreditlərin əksəriyyəti qaytarılıb, yoxsa batıb? Bu barədə heç bir statistika yoxdur. Mərkəzi Bankın sədri də, işçiləri də dedilər problemli kreditlərin əksər hissəsi qaytarılıb. Eyni zamanda dedilər bununla bağlı statistika daha ətraflı olacaq.

Təbii ki, problemli kreditlər var və onlar yenə də çoxdur. Hər bir halda Azərbaycan kimi balaca ölkə üçün problemli kreditlərin həcmi çoxdur. Tək əhalinin deyil, sahibkarların da problemli kreditləri çoxdur. Amma əvvəlki illərə baxanda problemli kreditlərin azaldığını demək olar. Aydın məsələdir ki, problemli kreditlərin azalması bankların vəziyyətinin qismən yaxşılaşmasına səbəb olub. Amma bir sıra banklarda biznes kreditləri var ki, onların da məbləği çox böyükdür. Məhkəmə işlərinin də illərlə getməsi o bankların vəziyyətinə mənfi təsir göstərə bilər.

Əkrəm Həsənov: “Vəkil kimi deyə bilərəm ki, mənə və həmkarlarıma problemli kreditlərlə bağlı müraciətlərin sayı azalıb”.

Bu baxımdan bu il orta səviyyəli və kiçik banklar üçün problemli kreditlər çox ağır ola bilər. Çünki onların vəsaitləri qayıtmır. Bu da onların maliyyə vəziyyətlərinə pis təsir edə bilər. Lakin əksər banklarda belə problemlər yoxdur. Çünki onların maliyyə imkanları, xüsusən də iri banklarda maliyyə imkanları kifayət qədərdir. Eyni zamanda onlar müxtəlif alətlərdən, o cümlədən inzibati alətlərdən də istifadə edib öz problemli kredit məsələlərini həll edə bilərlər.

Problemli kreditlər baxımından 2015-2020-ci illər daha ağır illər oldu. İndi vəziyyət qismən düzəlir. Amma eyni zamanda problemli kreditlərin yenidən artacağı da istisna deyil. Çünki qiymət artımı və digər sosial problemlər vətəndaşlara kreditlərin qaytarılmasında problemlər yarada bilər. Onu da qeyd edim ki, bu hal baş versə belə, əvvəlki vəziyyət kimi olacağını gözləmirəm”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranın hökumət nümayəndə heyəti Raisi helikopterinin sərt eniş etdiyi yerə gedib - Yenilənib

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Ferstappen Emiliya-Romanya Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib - Foto

Ən çox oxunanalar