Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Priqojindən Kreml adminstrasiyasına ağır ittihhamlar - Rejim laxlayır…

Rusiyalı oliqarx, “Vaqner ÖHŞ-nin təsisçisi Yevgeni Priqojin Kreml adminstrasiyasını və genraliteti Putinin şəxsi düşmənlərindən biri olaraq bilinən Mixail Xodorkovskiyə işləməkdə ittiham edib…

Ukraynaya qarşı müharibədəRusiya ordusunun üzləşdiyi məğlubiyyət fonunda Putin rejimi daxilində qarşıdurmalar kəskinləşir.

PİA.az xəbər verir ki, “Vaqner ÖHŞ-nin təsisçisi Yevgeni Priqojin artıq Putinin ən yaxın ətrafını, Kreml adminstrasiyasını və Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini satqınlıqda ittiham edir.

Belə ki, Ukraynadakı müharibə fonunda Rusiyada əsas fiqurlardan birinə çevrilən “Vaqner qrupu”nun lideri, milyarder Yevgeni Priqojin Rusiya Prezidentinin Administrasiyasını Qərbə işləməkdə ittiham edib. Bir çox siyasi analitiklər Priqojinin bu sensasion açıqlamasını Putin rejiminin artıq “qızdırma içində” olması kimi dəyərləndirib.

Qeyd edək ki, Rusiya ictimaiyyəti arasında “Putinin aşpazı” kimi tanınan keçmiş kriminal avtoritet, milyarder Yevgeni Priqojin Rusiya siyasi və hərbi elitasına qarşı ağır ittihamlarını özünün Telegram kanalında dərc edib. Priqojin özünün bədxahlarının arasında rus oliqarxlarının, hərbçilərin, eləcə də “Köhnə meydan”dan olanların, yəni Kremldəkilərin adlarını sadalayıb.

“Onlar hələ də Xodorkovski və onun kimiləri üçün fəal işləyirlər və ümid edirlər ki, liberallar hakimiyyətə gəlsə, nəinki amnistiya, həm də vəzifə yüksəlişi alacaqlar”, deyə “Vaqner”in lideri bildirib.

Qeyd edək ki, Priqojinin bu bəyanatını sosial şəbəkələrdə şərh edn rusiyalı siyasi analitiklər və politoloqlar rejimin “qızıdırma içində olması” və laxlaması kimi dəyərləndiriblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sevmədiyi adamların əti ilə qidalanan, Rusiyanın ən yaşlı qatili Sofiya Jukova

Bəzi rənglərdə olan maşınları alan yoxdur: Ən çox satılanlar hansılardır?

Üç bürcün həyatında xoş dəyişikliklər olacaq    

"Qızıl top" mükafatının veriləcəyi tarix müəyyənləşib

Xronika: Ermənistanla Azərbaycan arasında demarkasiya ediləcək növbəti ərazilər müəyyənləşib

Naftalanda güllə yarası alan 37 yaşlı kişi ölüb

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

BMT Təhlükəsizlik Şurasına yeni üzvlər seçildilər

Ən çox oxunanalar