Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən kəskin hava şəraiti ilə əlaqədar sürücülərə tapşırıq

Aidiyyəti qurumlar fəaliyyət sahələri ilə bağlı öhdəlikləri çərçivəsində kəskin hava şəraitinin müşahidə ediləcəyi günlər üçün görülən və görüləcək qabaqlayıcı tədbirlər barədə son məlumatları ictimailəşdirirlər...

Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksinə də sorğu ünvanladıq.

Bakı Beynəxalq Avtovağzal Kompleksinin mətbuat katibi Samir Səfərov Oxu.Az-a açıqlamasında bildirib ki, qarlı və şaxtalı hava şəraitində şəhər və rayonlararası müntəzəm sərnişindaşımada sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə qurum tərəfindən noyabr ayında daşıyıcı və sürücülərlə görüş keçirilib, qış fəslində hərəkətin səmərəli təşkili ilə bağlı tapşırıqlar verilib:

“Görüşdə yollarda qar yağması nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının olması diqqətə çatdırılıb, qəzaların baş verməməsi üçün nəqliyyat vasitələrinin şinlərini mövsümə uyğun sazlamaq, meteoroloji hava şəraitinə uyğun sürət həddi seçmək, nəqliyyat vasitələrinin xarici işıq cihazlarının və havalandırma sisteminin işlək vəziyyətdə olmasını yoxlamaq, həmçinin zərurət olmadan kəskin tormozlama hərəkətləri etməmək tövsiyə olunub”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, dekabrın 8-dən hava şəraiti dəyişəcək. Bəzi yerlərdə 15 dərəcəyədək şaxta müşahidə ediləcək.

pia.az


Etiket: avtovağzal


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Abşeronda qadın sirkə turşusu içib öldü    

Ən çox oxunanalar