Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Danimarka dərman istehsalçısı: "Azərbaycanda satılan "Ozempik" preparatı saxtadır"

Danimarka dərman istehsalçısı “Novo Nordisk A/S” şirkətinin Azərbaycan nümayəndəliyi səhiyyə işçilərinə və əhaliyə müraciət edib...

Danimarka dərman istehsalçısı: "Azərbaycanda satılan "Ozempik" preparatı saxtadır

Danimarka dərman istehsalçısı “Novo Nordisk A/S” şirkətinin Azərbaycan nümayəndəliyi səhiyyə işçilərinə və əhaliyə müraciət edib

"Report"un məlumatına görə, Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə daxil olan müraciətdə deyilir ki, Ozempik® preparatına tələbatın yüksək olması ilə əlaqədar olaraq, Ozempik® 0,5 mq və 1,0 mq preparatının çoxsaylı saxtalaşdırılma hallarının meydana çıxması müşahidə olunur.

Nümayəndəlikdən bildirilib ki, bütün kontrafakt (saxtalaşdırılma) halları Novo Nordisk şirkəti tərəfindən izlənilir və qeydə alınır. Hazırda Qazaxıstan, Rusiya, Azərbaycan və Özbəkistanda saxtalaşdırılma halları qeydə alınıb

Şirkət saxta Ozempik® 0,5 mq və 1,0 mq preparatını necə fərqləndirmək barədə də tövsiyələrini verib:

- İnsulin istehsalçısı tərəfindən istifadə edilən, insulinlə müalicə üçün nəzərdə tutulmuş şpris-qələm

- Maksimum 80 vahid bölgüyə malik doza sayğacının olması (orijinal Ozempik® şpris-qələmində cəmi 3 bölgü şkalası mövcuddur: 0,25 mq, 0,5 mq və 1,0 mq)

- Sıxdıqda, iynədən kəskin insulin qoxusuna malik olan maye axır

“Novo Nordisk A/S” şirkəti həm səhiyyə mütəxəssislərinə, həm də pasiyentlərə preparatı aptekdən əldə edərkən Ozempik® şpris-qələminə xüsusilə diqqət yetirmələrini israrla tövsiyə edir.

Preparatın saxta olduğuna dair hər hansı şübhələr olduqda, insan orqanizminə gözlənilməz təsirlərin qarşısını almaq üçün bu halda preparatın istifadəsi qəti qadağandır. Saxta preparatın istifadəsi pasiyentin həyatı üçün təhlükəli ola bilər.

“Novo Nordisk A/S” şirkəti səhiyyə mütəxəssislərinə preparat istifadə edilənə qədər saxta məhsulun müəyyən edilməsi üçün Ozempik® preparatının qablaşmasının içindəkiləri pasiyentlə birlikdə nəzərdən keçirmək imkanından istifadə etməyi tövsiyə edir və saxta məhsullar aşkar edildikdə, bu cür hallar barədə şirkətin elektron poçt ünvanına ([email protected]) məlumat verməyi israrla xahiş edir.

Novo Nordisk şirkəti bu vəziyyəti yaxından izləyir və Ozempik® preparatının saxtalaşdırılması ilə bağlı məlum olan istənilən informasiyanın təqdim edilməsinə görə öncədən minnətdarlığını bildirir.
pia.az


Etiket: Dərman


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Lənkəran Gömrük Postunun rəisi dələduzu himayə edir? - İddia

Ən çox oxunanalar