Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vasif Talıbov həbs edilməlidir - Partiya sədri

Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov tutduğu vəzifədən istefa edib...

Bakıvaxtı.az-ın məlumatına görə, Naxçıvan MR Ali Məclisinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, Ali Məclisin altıncı çağırış səkkizinci sessiyasında sədr Vasif Talıbov səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb. Qərar səsə qoyularaq qəbul olunub.

Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev isə Bakıvaxtı.az-a bildirib ki, Vasif Talıbovun istefasını səhhəti ilə əlaqələndirməsi yalandır:

“Vasif Talıbov qələt edir. O, cinayətkardır. İstefa məsələsi-filan yoxdur, onu vəzifədən getməyə məcbur ediblər. Bu gün-sabah onu həbs edəcəklər. Dövlətə xəyanət edən heç kimin Azərbaycan ərazisində yaşamağa mənəvi haqqı yoxdur. Onların yeri həbsxanalardır".

MMP sədri qeyd edib ki, nəinki Vasif Talıbov, ümumilikdə belələrini həbs etmək lazımdır.

"Hamılıqla cənab Prezidentin arxasında durmaq, dəstəkləmək lazımdır ki, ölkəni cinayətkarlardan təmizləsin”, - deyə Hafiz Hacıyev vurğulayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Mehriban Əliyeva parataekvondoçu Sabir Zeynalovu təbrik edib

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

İsrail Qəzzada HƏMAS bölmələrinin əksəriyyətinin məğlub olduğunu elan edib

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Ən çox oxunanalar